Tanış Ol – Zoë Më

Zoë Alina Kressler (səhnə adı ilə Zoë Më) 6 oktyabr 2000-ci ildə İsveçrənin Bazel şəhərində anadan olmuş müğənni və bəstəkardır.

2009-cu ildə Zoë ailəsi ilə birlikdə Fribourg-a köçmədən öncə Almaniyada yaşayıb. 10 yaşında öz mahnılarını yazmağa başlayan müğənni, günümüzdə Almanca və Fransızca mahnıları ilə tanınır. Zoë əksər halda pop və şanson janrlarını birləşdirərək özünə məxsus şeir-popları hazırlayır.

Kressler (yəni Zoë) 2024-cü ildə daha əvvələr Nemo və Marius Bear kimi müğənnilərin də qazandığı “RTS Artiste Radar” və “SRF 3 Ən Yaxşı Bacarıq” mükafatlarını qazanıb.

Kariyerası müddətində Montreux Caz Festivalı və Luzern Live kimi prestijli tədbirlərdə səhnə alıb. Zoə Remo Forrer və Joya Marleen kimi müğənnilərin ilk turlarına qonaq müğənni kimi də dəvət edilib.

2018-ci ildə aktiv şəkildə musiqi hazırlamağa başlayan müğənnin ilk sinqlı “Bärenbrüder” adlanır.

Daha sonra Pablo ilə birlikdə 2019-cu ildə “Endlose Strasse”, 2020-ci ildə “Kartenhaus” və daha bir çox mahnı yayımlayıb.

Zoë Më 5 mart 2025-ci ildə İsveçrə yayımçı kanalı (SRG SSR) tərəfindən Bazeldə baş tutacaq 69-cu Avroviziya Mahnı Müsabiqəsində ev sahibi İsveçrəni təmsil edəcəyi açıqlanıb.

Onun müsabiqədə səsləndirəcəyi mahnı “Voyage” adlanır və fransız dilindədir.

Qeyd edək ki, İsveçrə Avroviziya 2025-ə birbaşa finalist kimi keçsə də birinci yarımfinaldakı səsvermədə iştirak edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Go-Jo

Tanış ol – Abor & Tynna!

Rəy bildir