Marty Zambotto (səhnə adı ilə Go-Jo) 25 noyabr 1995-ci ildə Avstraliyada anadan olub. Yarı Avstraliyalı, yarı Fransız olan Go-Jo söz yazarı və prodüserdir.
İlk dəfə musiqi ilə məşğul olmağa 13 yaşında aldığı gitarı ilə başlayıb. Solo kariyerasına başlamadan əvvəl Go-Jo fərqli müğənnilər üçün mahnılar yazmağa başlayıb və hazırlayıb.
Zambotto (yəni Go-Jo) gitarlı orjinal mahnıları və coverləri ilə tanınmağa başlayıb. Onun Goo Goo Dolls-un “Irıs” mahnısının cover-i “Spotify” platformasında 3 milyondan artıq dinlənilib.
Bundan başqa onun 2023-cü ildə çıxarmış olduğu “Mrs Hollywood” adlı mahnısı da yutubda 1 milyona yaxın izlənmə əldə edib.
Əsasən pop janrında mahnılar hazırlayan müğənni professional kariyerasına 2016-cı ildən etibarən başlayıb.
25 fevral 2025-ci ildə Avstraliya yayımçı kanalı SBS ölkəni Avroviziya 2025-də “Milkshake Man” adlı mahnısı ilə Go-Jo-nun təmsil edəcəyini elan edib.
Mahnı Amy Sheppard, George Sheppard və Jason Bovino ilə birlikdə yazılıb.
Sheppard qrupu 2019-cu ildə Avstraliya milli finalı olan “Eurovison – Australia Decides”in ilk buraxılışında “On My Way” adlı mahnı ilə yarışıblar.
“Milkshake Man” synth pop ünsürləri daşıyan əyləncəli bir mahnıdır. Açıqlanan məlumata görə mahnı insanlara motivasiya verməyi və insanların “özlərinin ən rəngli versiyalarını kəşfetməyə və özlərinə güvənməyi” aşılayır.
Avstraliya Avroviziya 2025-də ikinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






