Abor və Tynna adı ilə tanınan, əsl adları Atilla və Tünde olan bacı-qardaş Vyanada macar ailəsində dünyaya göz açırlar.
Aralarında 2 yaş fərq olan Atilla və bacısı Tünde sənətçi ailəsində doğulduqları üçün elə balacalıqdan musiqi ilə məşğul olmağa başlayırlar. Atilla violin, Tünde isə fleyta dərsləri alır. Tünde fleyta ifaçılığı üzrə dövlət müsabiqələrində birinci yerlərə layiq görülür.
Onların ilk karyerası analarının sayəsində başlayır. Bacı-qardaşın anası onların ifa etdiyi bir mahnını Facebook-da paylaşır və bir səsyazma studiyasından onlara təklif gəlir. Beləliklə, onlar öz səhnə adlarını kəşf edirlər – Abor və Tynna.
2020-ci ildə ORF-dən onlara Avstriyanı Avroviziyada təmsil etməklə bağlı təklif gəlsə də, bacı-qardaş bunu qəbul etmir.
Nəhayət, onlar Almaniyanın milli seçimlərinə qatılmaq qərarına gəlir və “Babylon” adlı mahnılarını seçimlərə göndərirlər. Seçim mərhələsini uğurla keçən bacı-qardaş Stefan Raabın məsləhəti ilə mahnılarını dəyişdirərək “Baller” adlı mahnı ilə davam edirlər. Nəticədə, uğur qazanaraq Avroviziya 2025-də Almaniyanı təmsil etmək hüququ əldə edirlər.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






