Tomas Tammemets, səhnə adı ilə Tommy Cash, 18 noyabr 1991-ci ildə Estoniyanın paytaxtı Tallində anadan olub.
Karyerasına 2012-ci ildə başlayan Tommy Cash, ingilis dilində ifa edir və cəsarətli musiqi videoları ilə tanınır. 2016-cı ildə yayımladığı “Winaloto” mahnısı ilə beynəlxalq aləmdə diqqət çəkmişdir. Daha sonra “Pussy Money Weed”, “Little Molly” kimi mahnılar və 2018-ci ildə çıxardığı “¥€$” albomu ilə uğurlarını davam etdirmişdir.
2024-cü ilin noyabrında Tommy Cash, Estoniyanın Avroviziya mahnı müsabiqəsi üçün seçim turu olan “Eesti Laul 2025″də iştirak edəcəyini açıqlayıb. 7 dekabr 2024-cü ildə “Espresso macchiato” adlı mahnısını təqdim edərək daha sonra müsabiqədə qalib gəlib və beləliklə, Estoniyanı 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






