Pargev Vardanyan, səhnə adı ilə PARG, Ermənistanın Hayravank kəndində anadan olub.
Gənc yaşlarında ailəsi ilə birlikdə Rusiyanın Volqoqrad şəhərinə köçən PARG, orada Volqoqrad Dövlət Teatr və Kino İnstitutunda teatr sənəti və aktyorluq üzrə təhsil alıb. Təhsil illərində The Edge Chronicles adlı bir qrup yaradaraq, 2017-2019-cu illərdə Ermənistan, Rusiya, Gürcüstan və Ukraynada konsertlər verib.
2022-ci ildə Ermənistana qayıdan PARG, həmin ilin iyun ayında Yerevanda keçirilən HAYA Festivalında məşhur fransız müğənnisi Zaz üçün açılış konserti verib. 2021-ci ildə “Ginin u grely” adlı debüt sinqlını yayımlayıb, 2023-cü ildə çıxardığı “Araj” mahnısı ilə Ermənistan Musiqi Video Mükafatlarında “Ən Yaxşı Musiqi Videosu” nominasiyasında namizəd olub.
2025-ci ildə PARG, Ermənistanın Avroviziya üçün milli seçim turu olan “Depi Evratesil”də “Survivor” adlı mahnısı ilə iştirak edərək qalib gəlib və İsveçrənin Bazel şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil etmək hüququ qazanıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






