Tanış Ol – Mirana Conte

Mirana Conte 2000-ci ildə dünyaya göz açmış Maltalı bir müğənnidir. Mirananın yarı italiyandır, çünki atası Neapolludur.

21 dekabr 2016-cı ildən etibarən Mirananın Avroviziya yolu başlayır. Həmin tarixdə “Don’t Look Down” adlı mahnısı ilə Malta milli finalı “Malta Eurovision Song Contest 2017″ə qatılmaq hüququ əldə edir. 2017-ci ilin 18 fevral tarixində keçirilən milli finalda Conte, 156 xalla 16-cı yəni sonuncu yerdə qərarlaşır.

Əzmini itirməyən Mirana elə həmin il yenidən müsabiqəyə müraciət edir və 11 oktyabr tarixində “Malta Eurovision Song Contest 2018″in iştirakçılarından biri seçilir. O, səsləndirdiyi “Rocket” adlı mahnısı ilə 14 xal toplayaraq 12-ci yerdə qərarlaşır.

2018-ci ildə Conte 4th Line qrupunun tərkibində “X Factor Malta” istedad şousunun ilk buraxılışında iştirak edir və final mərhələsinə qədər yüksəlir.

Müğənni daha sonra 2019-cu ildə qrupdan ayrılır və “X Factor Malta”nın ikinci buraxılışında solist kimi iştirak edir, lakin finala vəsiqə qazana bilmir.

Mirana Conte 2019-cu ildə “Malta Qürur Həftəsi”nin himni olan “Roll the Dice” mahnısının yazılmasında bir qrup Maltalı sənətçi ilə iştirak edir.

Mirana Avroviziya xəyallarının ardınca qaçmağa davam edir və 2022-ci ildə “Look What You’ve Done Now” adlı mahnısı ilə “Malta Eurovision Song Contest 2022″yə müraciət edir və finala qədər yüksələrək 6-cı sırada qərarlaşır.

2023-cü ildə müğənniyə diqqət çatışmazlığı və hiperaktiv pozuqluq diaqnozu qoyulur.

Lakin Mirana Avroviziyadan yenidən əl çəkmir və “Venom” adlı mahnısı ilə yenidən “Malta Eurovision Song Contest 2024″ə müraciət edir. Conte finala qədər yüksələrək 25 xalla doqquzuncu olur.

Nəhayət, Avroviziya xəyallarının gerçəkləşəcəyi addımı Mirana 2025-ci ildə atır və yenidən “Kant” adlı mahnısı ilə “Malta Eurovision Song Contest 2025″ə müraciət edir. Mirana Conte final mərhələsində xalq səsverməsinin qalibi olaraq 182 xalla müsabiqənin qalibi olur və Maltanı Avroviziya 2025-də təmsil etmək hüququ qazanır.

Mirana Avroviziya 2025-də ikinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Müğənni Avroviziya mahnısı ilə bağlı bu sözləri söyləyib:

Təxminən 2 il bundan öncə həkimlər mənə ADHD (Diqqət əksikliyi və Hiperaktiv pozuntu) diaqnozunu qoydu. Bu müddətə qədər həyatım boyunca, xüsusi ilə də uşaqlıqda zorakılığa məruz qalmışam.

Diqqətim dağılırdı deyə insanlar həmişə hərəkətlərimə diqqət etməyimi və necə davaranacağımı mənə deyirdi. Musiqi mənim çıxış yolum oldu.

Mahnı oxuya bilmək mənim fokuslana biləcəyim tək şey idi. O səbəbdən də mahnımın adını Malta dilində “oxumaq” mənasını verən Kant qoydum”.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Serbiya bayrağını Bazeldə Princ dalğalandıracaq!

Tanış Ol – Tommy Cash

Rəy bildir