Johannes Pietsch (səhnə adı ilə JJ) 29 aprel 2001-ci ildə Vyanada avstriyalı IT mütəxəssisi və flippinli aşpazın ailəsində anadan olub və Dubayda böyüyüb.
2016-cı ildə Avstriyaya qayıdan JJ, 2020-ci ildə “The Voice Germany”ə müraciət etmək üçün hazırlaşıb. Lakin qeydiyyat üçün gecikən müğənni, “The Voice UK”dən qeydiyyatdan keçib və beləliklə müsabiqənin doqquzuncu mövsümünə iştirakçı kimi seçilib.
JJ daha sonra “Starmania”nın beşinci mövsümünə qatılıb və final mərhələsinə qədər yüksəlib. O ilk olaraq “Vyana Dövlət Operası”nın məktəbində, daha sonra isə universitetində təhsil alıb.
30 yanvar 2025-ci ildə JJ, Avstriya dövlət kanalı ÖRF tərəfindən ölkənin Avroviziya 2025 təmsilçisi kimi təqdim olunub. Mahnısı “Wasted Love” (Boş qalmış sevgi) Teodors Špirić tərəfindən yazılıb və mart ayında təqdim olunacaq.
JJ’nin musiqi üslubu opera və pop elementlərini özündə birləşdirir. Soprano registrinə çatan diapazonu ilə JJ güclü vokala sahib müğənnidir. Müğənni ingilis, fransız və tapaloq dillərini yaxşı bilir.
Müğənninin ilk mahnısı elə Avroviziya mahnısı olacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






