Sona Əzizovanın səsi Çindən gəldi

Uşaq Avroviziya 2021 mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Sona Əzizovanın səsi bu dəfə Çindən gəldi.

Belə ki, Çin Yeni ili çərçivəsində təşkil olunan və İpək Yolu boyunca yerləşən ölkələrin zəngin mədəniyyətini, incəsənətini və tarixini təbliğ edən beynəlxalq miqyaslı televiziya tədbiri olan “İpək Yolu Bahar Festivalı Qalası” (丝路春晚)-da Sona Əzizova da çıxış edib.

Ənənəvi və müasir elementləri bir araya gətirərək müxtəlif ölkələrdən olan sənətçiləri bir səhnədə birləşdirən festivalda həmyerlimiz də biri solo, digər ikisi isə duet şəkilində olmaqla çıxış edib.

29 Yanvar 2025-ci ildə Şensi Televiziyasında (Shaanxi TV) efirə gedən proqramda musiqi, rəqs, teatr, folklor nümunələri və müxtəlif performanslar təqdim olunub.

Çıxışından sonra öz sosial media hesabından paylaşım edən Sona Əzizova bunları qeyd edib:

Bu gün planetimizin ən şərqində yerləşən qədim Çin neçə minillik tarixi olan Çin Yeni ilinin ilk gününü qeyd edir. “İpək Yolu və Xoşbəxtlik – Birlikdə On Min Mil” mövzusunda 2025 İpək Yolu Bahar Qala Festivalı Şaansi Peyk Televiziyasında yayımlanır. İki mövzunu özündə əks etdirən tədbirə 27 ifa və İpək Yolu ilə bağlı valehedici hekayələri nümayiş etdirən “İpək Yolu macərası” seriyasından üç qısametrajlı film daxildir.
Mən bu tədbirin bir hissəsi olmaqdan və iki mədəniyyəti bir araya gətirməyə töhfə verməkdən çox məmnunam.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya 2025 təmsilçimizi onlar seçib

Tanış Ol – Yuval Raphael

Rəy bildir