Tanış Ol – Yuval Raphael

Yuval Raphael 5 noyabr 2000-ci ildə dünyaya göz açmış 24 yaşlı İsrailli bir müğənnidir. O, tanınmış İsrailli iş qadını Ronit Raphael’in qardaşı qızıdır.

Yuval uşaqlığının üç ilini İsveçrənin Cenevrə şəhərində keçirir. Uşaq ikən o, Led Zeppelin və Scorpions kimi rok qruplarını dinləməyi çox sevir. Beyonce və Celine Dion kimi müğənniləri də dinləməkdən zövq alır.

2023-cü ildən aktiv olaraq müğənni kimi fəaliyyətə başlayan Yuval Raphael, 7 oktyabr 2023-cü ildə Reimdə baş tutan “Nova Sukkot Gathering” musiqi festivalında çıxış edir. Lakin, festivala silahlı hücum edilir və bir çox israilli qətlə yetirilir. Festivaldan 11 nəfər sağ qalır ki, onlardan biri də Yuval olur.

Yuval daha sonra hadisənin şahidi kimi BMT-nin İnsan Hüquqları Şurasında çıxış edib.

19 noyabr 2024-cü ildə Raphael, İsrail milli finalı “HaKokhav HaBa”nın on birinci mövsümü üçün müraciət edir və milli finala seçilir. 22 yanvar 2025-ci ildə keçirilən final mərhələsinə qədər yüksəlməyi bacarır və qələbə qazanaraq İsraili Avroviziya 2025-də təmsil etmək hüququnu qazanır.

Yuval Raphael’in mahnısı mart ayında təqdim olunacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Sona Əzizovanın səsi Çindən gəldi

Sloveniya seçimini etdi – Klemen Avroviziya 2025-ə gedir!

Rəy bildir