Avroviziya 2025 təmsilçimizi onlar seçib

Daha öncədən məlumat verdiyimiz kimi, Avroviziya 2025 təmsilçimiz 4 fevral tarixində ictimaiyyətə təqdim olunacaq.

Bəs təmsilçi seçimini kimlər edib? Yəqin ki, bu sual sizi də düşündürüb. Bir az öncə etdiyi paylaşım ilə İctimai Televiziya və Radio Yayımları şirkəti bu haqda məlumat təqdim edib.

Belə ki, Azərbaycanın musiqi dünyasının səkkiz peşəkarı və xarici musiqi nümayəndələri tərəfindən tam şəffaf və ilk dəfə anonim şəkildə səsvermə baş tutub.

Münsiflər heyətinin siyahısında məşhur repçi Elşad Xose, Avroviziya 2017 təmsilçimiz Diana Hacıyeva, Avroviziya 2009 təmsilçimiz Aysel Teymurzadə, DJ və prodüser Heydər, bəstəkar və Azərbaycan Respublikasının xalq artisti Faiq Sücəddinov, musiqiçi və Azərbaycan Respublikasının əməkdar artisti Rain Sultanov, aparıcı və İctimai Radionun Direktoru DJ Fateh, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımov yer almışdırlar.

Qeyd edək ki, 154 mahnı arasından seçilmiş 12 namizəd səsvermə mərhələsinə keçmiş və onların arasından yerli və xarici musiqi nümayəndələrinin səsverməsi nəticəsində Avroviziya 2025 təmsilçimiz müəyyən edilmişdir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya 2025 təmsilçimiz 4 fevral təqdim olunacaq

Sona Əzizovanın səsi Çindən gəldi

Rəy bildir