Kiprin Avroviziya 2025 təmsilçisi Theo Evanın mahnısının yaradıcıları məlum olub.
Yayımçı kanal olan RIK-in bugün açıqladığı siyahıya əsasən, mahnının yaradıcıları arasında Norveçin tanınmış sənətçisi Elsie Bay, Yunan bəstəkar Dimitris Kontopoulos, musiqiçi NYLAN (Lasse Nymann) və yaradıcı Linda Dale yer alır.
Elsie Bay, “Death Of Us” və “Love You In A Dream” mahnıları ilə “Melodi Grand Prix 2022-2023” milli finalının favoritlərindən biri olub.
NYLAN (Lasse Nymann) və Linda Dale isə, keçən ilin Avroviziya qalibi Nemonun “The Code” mahnısının bəstəkarları arasında yer alıblar.
Dimitris Kontopoulos isə bizə daha tanışdır. O, “X My Heart” və “Hold Me” mahnılarımızın bəstəkarı kimi tanınır.
Theo Evan sentyabrın 2-də Kiprin Avroviziya 2025 təmsilçisi kimi açıqlanaraq, sezonun açıqlanan ilk təmsilçisi olmuşdu.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






