Avroviziya 2025 yarımfinal püşkatma mərasimi – necə izləyək?

Avroviziya 2025 mahnı müsabiqəsində iştirak edən ölkələrin hansı yarımfinalda yarışacağını və səs verəcəyini müəyyən etmək üçün püşkatma və ev sahibi şəhər statusunun Malmödən Bazelə verilməsi mərasimi 28 yanvar Bakı vaxtı ilə saat 15:30-da canlı olaraq baş tutacaq.

Necə izləyək?

Sözügedən bu 2 mərasim müsabiqənin rəsmi Youtube kanalında yayımlanacaq. Mərasim müsabiqənin baş tutacağı Bazel şəhərindən birbaşa yayımlanacaq. Cennifer Bosshard və Jan van Ditzhuijzen tədbirin aparıcıları olacaqlar.

Püşkatma necə baş tutur?

Bildiyiniz kimi ev sahibi ölkə kimi İsveçrə və böyük 5-lik adlanan iştirakçı ölkələr (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) yarımfinallarda yarışmırlar. Bu ölkələr birbaşa olaraq müsabiqənin finalında mübarizə aparacaqlar. Lakin bu ölkələr sabahki püşkatmada iştirak etməyəcək demək deyil.

Müsabiqənin qaydalarına əsasən birbaşa finalda yarışacaq ölkələrdən olan izləyicilər də yarımfinalda səs vermək hüququna malikdirlər. Onlar yarımfinalda iştirak etməsələr də bu, səs vermək hüququna təsir etmir. Amma burada da bir ayrılıq olacaq.

Yuxarıda adları qeyd edilən 6 ölkə müfaviq olaraq 3-ü ilk yarımfinalda, qalan 3-ü isə ikinci yarımfinalda səs verə biləcəklər. Bu isə sabah baş tutacaq püşkatma mərasimində bəlli olacaq. Məsələn: İsveçrə püşkatma ilə ilk yarımfinalda səs vermək hüququna sahib gələrsə, bu ölkədən olan tamaşaçıların ikinci yarımfinalda səs vermə hüquqları olmayacaq.

Bəs yarımfinal iştirakçılarının bölgüsü necə baş tutacaq?

Buradaki yuxarıdakindən elə də fərqlənmir. Belə ki, yerdə qalan digər 31 ölkənin hansı yarımfinalda yer alması da təxmini eyni prinsiplərlə püşkatma üsulu ilə həyata keçəcək.

Qonşuluq prinsiplərini göz önünə alaraq səsvermədə şəffaflığın qorunması adına iştirakçı ölkələr fərqli torbalarda elə bölünmüşdür ki, onların eyni yarımfinalda çıxış etməsi mümkün qədər azalsın.

Bir-birinə yüksək xal verən və qonşu ölkələr bir torbaya əlavə edilmişdir ki, buna misal olaraq Azərbaycanın da yer aldığı 2-ci torbanı misal çəkə bilərik.

Məhz bu torbalarda yer alan ölkələrin hansı yarımfinalda iştirak edəcəyi sabah bəlli olacaqlar arasındadır. Amma sabahki mərasimdə biz ölkələrin yarımfinalda neçə nömrə altında çıxış edəcəyini öyrənə bilməyəcəyik. Yalnız ölkələrin hansı yarımfinalda və yarımfinalın birinci yaxud ikinci hissəsində çıxış edəcəkləri məlum olacaq.

Bəs neçə nömrə altında çıxış edəcəkləri nə zaman bilinəcək?

Bu haqda əlimizdə dəqiq tarix olmasa da, onu deyə bilərik ki, müsabiqənin idarə heyəti son qaydalardan sonra ölkələrin neçə nömrə altında çıxış etmələrini bütün mahnılar bəlli olduqdan sonra ictimaiyyətə açıqlayırlar. Burada isə hər hansı püşkatma üsulu ilə yox, şounun daha axıcı olması kimi prinsiplər əsasında seçimlər edilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Theo Evanın mahnısını onlar yazıb!

Azərbaycan Avroviziya 2025-in birinci yarımfinalında çıxış edəcək

Rəy bildir