Nina Žižič 1985-ci il 20 aprel tarixində Monteneqroda anadan olan bir pop müğənnisidir. Kariyerasına ilk dəfə 2004-cü ildə Negre qrupunda solist olaraq başlayır. İlk mahnısını 2006-cı ildə yayımlayır və mahnının isimi “Rijeka suza” adlanır.
Müğənni 2006-2011-ci illər ərzində aktiv olaraq musiqi ilə məşğul olmağa davam edir.
2012-ci ilin dekabr ayında Monteneqro yayımçı kanalı RTCG tərəfindən Malmö-də keçiriləcək Avroviziya 2013 mahnı müsabiqəsinə “Who See” qrupu təmsilçi olaraq seçilir. Qrupun solisti olaraq isə Nina Žižič təyin olunur. Mahnının adı “Igranka” adlanır və bütün hazırlıqlar başlayır. Mahnı 14 may 2013-cü ildə Avroviziya 2013-ün ilk yarımfinalında səsləndirilir. Lakin 41 xalla 12-ci olur və finala vəsiqə qazana bilmir.
Nina Žižič-in kariyerasının bir dönəminin Azərbaycanla bağlı olduğunu bilirdiniz?
Musiqisi Aytən İsmixanova, sözləri isə Erkin Osmanılıya aid olan mahnı “Qayıtdı Xəyallar” olaraq adlanır və məşhur azərbaycanlı müğənni Samira AliMaryam tərəfindən 2011-ci ildə səsləndirilir.
Daha sonra 2016-cı ildə Nina Žižic mahnının adını “Kiss You, Goodbye!” olaraq dəyişdirərək ingiliscə səsləndirir və yeni bir klip çəkir. Klip isə hal-hazırda da “Baku Music Factory”nin rəsmi yutub kanalında onlayndır.
Daha sonra aktiv olaraq musiqi fəaliyyəti ilə məşğul olmağa davam edən Nina Žižič, 2021-ci ildə Monteneqronun Avroviziya 2022 mahnısının seçiləcəyi münsiflər heyətində münsif olaraq iştirak edir.
Avroviziya üçün ümidini kəsməyən müğənni, Avroviziya 2025 üçün Monteneqro milli finalı “Montesong 2024″ə mahnı yollayır və müsabiqəyə qatılaraq ikinci olur. Birinci sırada yer alan NeoneoN qrupunun müsabiqədən diskvalifikasiyasından sonra, Nina Žižič Monteneqronun Avroviziya 2025 təmsilçisi olaraq seçilir.
Diskvalifikasiyaya isə səbəb qrupun milli finalın şərtlərinə zidd olaraq 2023-cü ilin yayında bir festivalda mahnını səsləndirməsi olur. Bu səbəblə qrup Avroviziya 2025-dən çəkilir və 8 dekabr 2024-cü ildə Nina Žižič yayımçı kanal RTCG tərəfindən yeni təmsilçi olaraq açıqlanır. Müğəninin mahnısı “Dobrodošli” adlanır.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






