İsrail milli finalı “HaKokhav HaBa 2025″in qalibi Yuval Raphael, Avroviziya 2025-də İsraili təmsil edəcək.
Dünən gecə baş tutan milli finalın dörd finalisti və onların “cover” etdiyi mahnılar aşağıdakılardır:
- Yuval Raphael – Dancing Queen (Abba)
- Daniel Weiss – Let It Be (The Beatels)
- Valerie Hamaty – Kshe’at Atzuva (Amir Benayoun)
- Red Band & Moran Aharoni – Hey Shketa (Riki Gal)
Daha sonra Daniel Weiss superfinala vəsiqə qazana bilməyib. Geridə qalan üç iştirakçının səsləndirdiyi mahnılar aşağıdakı kimi olub:
- Yuval Raphael – Writing On The Wall (Sam Smith)
- Valerie Hamaty – Imagine (John Lennon)
- Red Band & Moran Aharoni – Purple Rain (Prince)
Xalq və münsif səsverməsinin qalibi isə Yuval Raphael seçilib. Müğənnin mahnısı mart ayında kliplə birlikdə təqdim olunacaq.
İsrailli bəstəkarlar isə Yuval üçün mahnılarını 2 fevral tarixinə qədər KAN TV-yə göndərə bilərlər. Yuval Raphael şəxsi olaraq hazırladığı mahnını da seçimlərə göndərə bilər.
Qeyd edək ki, Yuval Raphael 7 oktyabr 2023-cü ildə NOVA musiqi festivalında baş verən qətliamdan sağ çıxanlardan biridir.
Ölkəni sonuncu dəfə Avroviziya 2024-də “Hurricane” adlı mahnısı ilə Eden Golan təmsil edib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






