One Morning Left qrupu “UMK 2025″dən diskvalifikasiya edilib

Finlandiya yayımçı kanalı YLE, “UMK 2025” iştirakçısı One Morning Left qrupunu müsabiqədən diskvalifikasiya etdiyini açıqlayıb.

Kanal diskvalifikasiyaya səbəb kimi qrupun milli final və Avroviziya qaydalarına riyaət etməməsini göstərib.

Qeyd edək ki, ötən gün qrup sosial şəbəkələrdə uşaqlara qarşı cinsi təcavüz ittihamları ilə üzləşib.

Finlandiyada populyar bir çat platformasında, qrupun üzvlərindən birinin azyaşlılara qarşı xoşagəlməz və iyrənc mesajlar göndərdiyi barədə şikayətlər yayılmağa başlayıb.

Bir çat istifadəçisi, qrupun UMK-ya qatılmasının ardından narahatlığını belə dilə gətirib:

“Qrupun bir üzvü mənə çox xoşagəlməz mesajlar göndərdi və digər azyaşlılara da açıq şəkildə belə mesajlar yazırdı. Bu, sadəcə iyrəncdir!”

Diskvalifikasiyanın səbəbinin həmin bu hadisə olduğu güman edilir. Qərardan sonra qrup öz sosial şəbəkə hesablarından açıqlama edərək, dağıldıqlarını açıqlayıb.

Qeyd edək ki, müsabiqənin finalı 8 fevral tarixində, altı müğənninin iştirakı ilə baş tutacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Moldova Avroviziya 2025-dən çəkildi

İsraili Avroviziya 2025-də Yuval Raphael təmsil edəcək

Rəy bildir