Yuval Raphael : “Digər təmsilçilərin səmimi olacağını düşünmürəm”

Ötən gün İsrailin Avroviziya 2025 təmsilçisi seçilən Yuval Raphael, bu il baş verə biləcək boykotlarla bağlı jurnalistlərin verdiyi sualları cavablandırıb :

”Mən başa düşürəm ki, müəyyən iştirakçılar məni aralarına almayacaqlar, çətin şəraitlərlə üzləşəcəyəm. Digər ölkələrin təmsilçiləri ilə səmimi olacağımı düşünmürəm. Mənə qəlbini açan olsa, çox sevinərəm, mən də öz qəlbimi ona açaram. Mən bunları bilərək İsraili təmsil edəcəyəm. Ölkəmin hekayəsini, mənim keçdiyim yolu və başqalarının qarşılaşdığı çətinlikləri danışmaq istəyirəm. Mən bunu, izdihamdan gələcək olan səslərə qarşı (boo) möhkəm duraraq, güclü bir şəkildə etmək istəyirəm. Tək narahatlığım öz gözləntilərimi qarşılaya bilməməkdir”.

Qeyd edək ki, bəstəkarlar Yuval üçün mahnılarını 2 fevral tarixinə qədər KAN TV-yə göndərə bilərlər. Seçilən mahnı mart ayında təqdim olunacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İsraili Avroviziya 2025-də Yuval Raphael təmsil edəcək

“Eurosong 2025” iştirakçıları və mahnıları təqdim edilib

Rəy bildir