İrlandiya milli finalı “Eurosong 2025” iştirakçıları və mahnıları, yayımçı kanal RTE tərəfindən təqdim edilib. Namizədlər aşağıdakılardır:
- Bobbi Ario – Powerplay;
- Reylta – Fire;
- Adgy – Run Into The Night;
- Samantha Mumbai – My Way;
- EMMY – Laika Party;
- NIYL – Growth.
Mahnıları dinləmək üçün “Spotify” pleylistimizə keçid edə bilərsiniz:
Müsabiqədə bir neçə tanış isim də yer alır. Norveç milli finalı “Melodi Grand Prix 2021” finalisti EMMY, iştirakçılar arasında yer alır.
Bir digər tanınmış isim isə Samantha Mumbai-dir ki, müğənni İrlandiyada da kifayət qədər tanınır.
“Eurosong 2025” 7 fevral tarixində Bakı vaxtı ilə saat 01:35-də baş tutacaq. Qalib İrlandiyanı Avroviziya 2025-də təmsil edəcək.
Xatırladaq ki, ölkəni sonuncu dəfə Avroviziya 2024-də Bambie Thug “Doomsday Blue” adlı mahnısı ilə təmsil edib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






