Moldova yayımçı kanalı TRM, bu gün keçirilən iclasda Moldovanın Avroviziya 2025-dəki iştirakına son qoyub.
Kanal buna səbəb kimi maddi sıxıntılar, ölkədə müğənnilərin və əhalinin marağının azalması və keçirilən milli finalın keyfiyyətinin aşağı olması göstərib:
“Bu il kanal olaraq maddi durumumuz yaxşı olmasa belə, milli final keçirmək qərarında idik. Lakin müğənnilərin marağının azalması və göndərilən mahnıların keyfiyyətinin aşağı düşməsi səbəbi ilə milli finalı ləğv etmək qərarına gəldik. Müsabiqədən bu il üçün çəkilmək, bizə gələn il üçün düşünməyə vaxt qazandıracaq. Biz gələn il üçün seçim prosesi və metodunu yenidən nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, ölkə Avroviziya 2025 üçün “Etapa Națională 2025” adlı milli final keçirməyi düşünmüş və finalistləri də seçmişdi.
Avroviziyanın icraçı direktoru Martin Österdahl da mövzu ilə bağlı açıqlama verib:
Biz həqiqətən bu qərara görə çox məyus olduq. Moldovanı gələn il Avroviziyada görmək istəyirik.
Ölkənin gələn il Avroviziyaya qatılıb-qatılmayacağı bəlli deyil.
Moldovanı sonuncu dəfə Avroviziya 2024-də “In The Middle” adlı mahnısı ilə Natalia Barbu təmsil etmişdi, lakin finala vəsiqə qazana bilməmişdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






