Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Yaradıcı mərkəzdə gənc istedadların dəstəklənməsi, onların yaradıcılıq potensiallarının reallaşdırılması üçün tam şərait yaradılıb.
Mərkəzdə fəaliyyətə başlayan “Yaradıcı Studio”nun məqsədi musiqi və kino sənayesində yerli istehsalçıların dünya standartlarına uyğun məhsullar yaratmasına və onların ixracını gücləndirməsinə dəstək göstərməkdir.
”Yaradıcı Studio”da Dolby Atmos və Stereo formatında musiqi yazılışı, miksinqi və səsləndirməsi, filmlərin, reklam çarxlarının dublyajı, musiqi treklərinin masterinqini etmək imkanları var.
Qeyd edək ki, bundan əvvəl Avroviziya Mahnı Müsabiqəsi üçün təqdim edilən mahnılarımız Azərbaycanda dünya standartlarında səsyazma texnologiyaların olmaması səbəbilə xarici ölkələrə üz tutulurdu ki, artıq bu kimi çətinliklərin yaşanmadan elə Bakıda həyata keçirlməsi mümkün bir hala gəlmişdir.

sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






