1974-cü il aprel ayının 6-sı Avroviziya Mahnı Müsabiqəsinin tarixində unudulmaz bir an yaşandı. İngiltərənin Brighton şəhərindəki “The Dome” sarayında ənənəvi Avroviziya balladaları arasında iki kişi və iki qadından ibarət bir qrup parlaq geyimləri ilə səhnəyə çıxdılar. Bu axşam boyunca edilən çıxışlardan fərqli olaraq, onların mahnısı qısa müddətdə diqqət mərkəzinə çevrildi. Təbii ki, bir çoxunun da bildiyi kimi bu, əfsanəvi ABBA qrupu və “Waterloo” mahnısı idi.
Həmin mahnı ilə İsveçi təmsil edərək müsabiqədə qalib gələn ABBA, daha sonra uğurunu beynəlxalq səviyyədə davam etdirərək yeni bir rekorda imza atmışdı. Belə ki, qrup Avroviziya ulduzları ilə yanaşı dünya ulduzları arasında da ən çox dinlənilən simaya çevrilmişdi.
İndi isə gəlin əfsanəvi ABBA qrupu ilə bağlı bəzi maraqlı faktlara nəzər salaq:
- “Ring Ring” ABBA-nın 1973-cü ildə buraxılmış və böyük hitlərin siyahısını özündə cəmləşdirən debüt albomu idi, lakin onları dünyaya tanıdan əfsanəvi mahnı 6 aprel 1974-cü ildə Avroviziya Mahnı Müsabiqəsində ifa etdikləri “Waterloo” mahnısı oldu.
- Onların qələbəsi Skandinaviya ölkələri üçün bir ilk idi belə ki, bu Avroviziyada ilk Skandinaviya qalibiyyəti idi.
- ABBA İsveçin dəniz məhsulları şirkəti Abba ilə eyni adı daşıyırdı və şirkət adın bütün hüquqlarına sahib idi. Şirkət ticarət nişanı pozuntusuna baxmayaraq, ABBA-ya bu adı saxlamağa icazə verməyi seçmişdi.
- ABBA bütün zamanların ən çox satılan musiqi əsərlərinə sahibdir, satışları dünya üzrə 400 milyondan çox idi və bu da rekord nəticə idi. Qrup 1974-1982-ci illər arasında demək olar ki, bütün ölkələrdə, bütün hit-paradlara başçılıq edirdi, lakin ABBA həm də Böyük Britaniya, İrlandiya, Kanada və Avstraliyada siyahılarda birinci yerdə olan ilk milli olmayan qrup idi.
Bu il Avroviziya Mahnı Müsabiqəsi İsveçdə keçirilsə də, qrup keçən il BBC Newsnight-a bildirmişdi ki, tədbir zamanı qrupun yenidən bir araya gəlməsi və ya hətta birlikdə səhnəyə çıxmasının “heç bir yolu” yoxdur.
Onu da qeyd edək ki, ABBA qrupu Avroviziya Mahnı Müsabiqəsindəki qələbəsinin 50-ci ildönümünü qeyd edən pərəstişkarlarına “sədaqətlərinə və dəstəklərinə” görə təşəkkür edib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






