Məşqlərin birinci günü baş tutdu – “Avroviziya 2026”

Bu gün “Avroviziya 2026” məşqləri rəsmi olaraq Vyanada başlayıb. Wiener Stadthalle arenası ilk dəfə Avroviziya üçün qapılarını təmsilçilər və nümayəndə heyətlərinə açıb.

“Avroviziya 2026” səhnəsi

Öncədən də xəbər verdiyimiz kimi ötən illərdəki kimi bu il də Avroviziyada təmsilçilərin səhnədəki ilk məşqləri media üçün tamamilə qapalı şəkildə baş tutmaqdadır.

Lakin müsabiqənin rəsmi saytı arenada baş verənlərdən ibarət canlı bloq yazmaqdadır. Buna görə də yalnız bu mənbədən olan məlumatlarla sizlərə müsabiqənin məşq proseslərini canlı olaraq çatdırdıq. Qeyd edək ki, bu gün məşq edəcək ölkələrdən üç şəkil sabah təqdim ediləcək.

Bu gün baş tutacaq məşqlərdə iştirak edən ölkələr bu şəkildə olub:

 

  1. Moldova;
  2. İsveç;
  3. Xorvatiya;
  4. Yunanıstan
  5. Portuqaliya;
  6. Gürcüstan;
  7. Finlandiya.

Məşqlər başladı!

1. Moldova;

Satoshinin müsabiqədəki çıxışı “Selecția Națională”dakı çıxışı kimi enerjikdir. O səhnədə dayanmadan hərəkət edir, tullanır, enerjisini hər tərəfə yayır və demək olar ki, səhnənin hər bir küncünü istifadə edir.

Çıxışın əvvəlində isə səhnənin arxasında parlayan Moldova bayrağı görürünür ki, bu həqiqətən çox gözəl mənzərədir!

Satoshi çiyinlərində metal zəncir qatları ilə səhnəyə çıxır ki, bu zəncirlər parlaq kral mavisi idman üslublu geyimin üzərindən aşağıya doğru sallanır. Aksesuar seçimi sanki “zəncirvari reaksiya” yaradıb. Bu zəncirlər həm qrup üzvlərində, həm də arxadakı rəqqasların geyimlərində var .

Hər kadr metal parıltısı ilə tamamlanır. Amma bu ağır görünüş heç kimi yormur… Əksinə, daha çox enerji, daha çox hərəkət, daha çox tullanma görürük.

Arxa fonda yapon cizgi filmlərinə bənzər şirin və rəngarəng vizuallar var.

2. İsveç;

Felicia çox güclü təsir bağışlayan bir performans təqdim edir. Yüksək enerji və dramatik vizuallarla dolu bu səhnə, mahnı irəlilədikcə kulminasiya nöqtəsinə çatır və güclü sintezator səsləri ilə arena sanki titrəyir.

O, yenilənmiş qara-qırmızı, “Black Widow” stilində geyimlə səhnəyə çıxır. Çıxışa tüstü içindən, külək effekti ilə daxil olur və maska ilə sirli aura yaradır.

Performans boyu onu əhatə edən lazerlər kimi diqqətçəkən elementlər var. Həmçinin ikinci bənddə o, lazerlərlə sanki döyüşür və onları idarə edir kimi görünən yeni interaktiv xoreoqrafiya sərgiləyir.

Ən yadda qalan məqamlardan biri isə sona yaxın baş verir. Maska dəyişikliyi və ekranda Felicianın nəhəng versiyasının sanki səhnədən çıxıb tamaşaçıların üzərinə gəlməsi effekti (Melodifestivalen çıxışını xatırladır) görünür.

Ümumilikdə, bu performans vizual baxımdan təsir gücü yüksəkdir.

3. Xorvatiya;

LELEK qrupu “Andromeda” mahnısını güclü və yadda qalan bir performansla təqdim edir. Onların özünəməxsus harmoniyalı vokalları səhnədə cazibədar və sehrli bir atmosfer yaradır.

Səhnədə onların “catwalk” boyunca dramatik çıxışları performansa mistik hava qatır. Tünd qırmızı xalat tipli geyimləri (bu diqqətçəkən stil Vyana üçün yenidən seçilib, amma bu dəfə daha dərin, qan qırmızısı tonları ilə) mahnının gərgin və sirli ab-havasını daha da gücləndirir.

Səhnə quruluşu da əsas rol oynayır. Vizuallar mistik bir mağaradan sehrli meşəyə keçir və sonda yüksək sürətli “wormhole” effekti ilə bitir, bu da zaman səyahəti hissi yaradır.

Ümumilikdə performans çox təsirli, immersiv və uzun müddət yadda qalan bir şou təsiri bağışlayır.

4. Yunanıstan;

Akylas video oyun temalı, arkada üslublu vizuallar və illüziyalarla dolu bir performans təqdim edir. O, pələngdən ilhamlanan geyimdə səhnəyə çıxır, əyləncəli obrazlar və oyunvari hərəkətləri ilə şouya dinamika qatır.

Çıxışın ortasında isə ton gözlənilmədən dəyişir. Tamaşaçılar artıq Akylası tanıdıqlarını düşündükləri anda hər şey fərqli istiqamət alır. O dayanır, gün eynəklərini çıxarır, obrazdan çıxır və anasına emosional şəkildə müraciət edir.

Bu səmimi və duyğusal an performansa gözlənilməz, ürəyə toxunan bir dönüş əlavə edir.

5. Portuqaliya;

Portuqaliyanın çıxışı fasiləsiz kamera hərəkəti ilə başlayır. Kamera Bandidos do Cante üzvlərinin üzərindən keçir və bu, kulminasiya anı kimi hiss olunur. Onların düzülüşü bir az futbolçuların himn oxumasını xatırladır və bu da ənənəvi Cante Alentejano üslubunu təmsil etdikləri üçün duyduqları qüruru vurğulayır.

“Festival da Canção”da olan skripka ifaçısı da qısa müddətlik səhnəyə qoşulur və mahnının sakit, rahatladıcı atmosferinə sehrli bir toxunuş əlavə edir.

Sonda isə səhnənin arxasındakı ekranda açılan bir qızılgül vizualı ilə çıxış tamamlanır.

6. Gürcüstan;

Bzikebi Avroviziya səhnəsinə geri qayıdır və nostalji ilə futuristik üslubu birləşdirən bir performans təqdim edir.

Qara-sarı, arıdan ilhamlanan diqqətçəkən geyimlərdə olan trio bu geyimi “2008 Uşaq Avroviziya”qələbələrinə ərmağan edir, eyni zamanda bu konsepti daha yüksək moda və superqəhrəman üslubu ilə inkişaf etdirir.

Qrup qara PVC zolaqlarla bəzədilmiş parlaq sarı kombinezonlarla daha müasir və bir az da qeyri-dünyəvi görünür.

Arxa ledlərdə hər birinin robotik kopyaları var və bizcə onların gözünə çox baxmamalısınız. Bir lazer şousu da sizləri gözləyir.

Ümumilikdə bu çıxış keçmişlə gələcəyin dinamik qarışığıdır ki, həm nostalji elementlər, həm də müasir səhnə texnologiyaları ilə yadda qalan bir şou təqdim olunur.

7. Finlandiya;

Finlandiyanın performansı Linda Lampeniusun təkbaşına səhnədə görünməsi ilə başlayır. Səhnə dağılmış orkestr kimi qurulub. Aşmış stullar və səpələnmiş not kağızları dramatik və sirli bir atmosfer yaradır.

Çıxış irəlilədikcə Pete Parkkonen günah kabinetində (confessional booth) peyda olur və yeni, cəsarətli obrazla diqqət çəkir. Hər iki ifaçının libası yenilənib.

Səhnə quruluşu getdikcə daha da gərginləşir Linda yanan kabinəyə yaxınlaşır və kulminasiya anında səhnə boyunca qaçaraq performansa kinematoqrafik, yüksək enerjili bir hiss qatır.

Finalda isə o, səhnənin arxa hissəsində Pete ilə yenidən bir araya gəlir, hər ikisi orkestr konstruksiyasının üzərinə qalxır və alovların səhnəni bürüdüyü anda üz-üzə dayanırlar və bu da güclü və yadda qalan bir sonluq yaradır.

Beləliklə, bu günkü məşqlər Finlandiya ilə tamamlanır. Sabah bu günkü məşqlərdən fotogörüntülər də təqdim ediləcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Christer Björkman: İspaniyanın müsabiqədən geri çəkilməsi AYB-ni çətin vəziyyətə salıb – İştirak maliyyətləri kəskin artacaq

İsrail “Avroviziya 2026”nı qazanıb müsabiqəni Tel-Avivə daşımağı hədəfləyir – Finlandiyanın qalibiyyəti KAN üçün böyük narahatlıq doğurur

Rəy bildir