Melodifestivalen başa çatdı: İsveçi Felicia təmsil edəcək

İsveçin milli seçim turu “Melodifestivalen 2026″nın möhtəşəm final gecəsi böyük maraq və gərgin rəqabət şəraitində başa çatıb.

Bir neçə həftə davam edən seçim mərhələləri, turlar və minlərlə tamaşaçının iştirakı ilə keçirilən səsvermələrdən sonra İsveçin bu ilki Avroviziya təmsilçisi müəyyənləşib. Final gecəsinin nəticələrinə əsasən, müğənni Felicia “My System” mahnısı ilə müsabiqənin qalibi elan olunub və ölkəsini “Avroviziya 2026″da təmsil etmək hüququ qazanıb.

İsveç televiziya ənənələrinin ən böyük musiqi şoularından biri sayılan müsabiqənin finalı ölkə daxilində və beynəlxalq Avroviziya izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Final şousu İsveçin Solna şəhərində yerləşən “Strawberry Arena”da canlı yayımlanıb və gecədə ümumilikdə 12 iştirakçı qalibiyyət uğrunda mübarizə aparıb. Bir neçə həftə davam edən seçim mərhələləri və beş turdan sonra final mərhələsinə yüksələn ifaçılar İsveç adına Avroviziya səhnəsində çıxış etmək uğrunda yarışıb.

Final gecəsinin aparıcıları əvvəlki turlarda olduğu kimi tanınmış televiziya simaları Gina Dirawi və Hampus Nessvold olub. Aparıcılar gecə boyunca səhnə çıxışlarını təqdim edib, səsvermə prosesini izləyicilərə çatdırıb və nəticələrin açıqlanmasını müşayiət ediblər.

Final gecəsində iştirakçıların səhnəyə çıxış ardıcıllığı aşağıdakı kimi olub:

  1. A*Teens – “Iconic”;
  2. Meira Omar – “Dooset Daram”;
  3. Lilla Al-Fadji – “Delulu”;
  4. Saga Ludvigsson – “Ain’t Today”;
  5. Smash Into Pieces – “Hollow”;
  6. Cimberly – “Eternity”;
  7. Medina – “Viva l’amor”;
  8. Greczula – “Half Of Me”;
  9. Robin Bengtsson – “Honey Honey”;
  10. Felicia – “My System”;
  11. Sanna Nielsen – “Waste Your Love”;
  12. Brandsta City Slackers – “Rakt in i elden”.

Müsabiqənin qalibi ənənəvi səsvermə qaydalarına uyğun şəkildə müəyyən edilib. Yekun nəticələrin müəyyənləşdirilməsində iki əsas amil mühüm rol oynayıb: televiziya tamaşaçılarının verdiyi səslər və beynəlxalq münsiflər heyətinin qiymətləndirmələri. Ümumi nəticənin 50 faizi tamaşaçıların səsverməsi, qalan 50 faizi isə beynəlxalq münsiflərin verdiyi ballar əsasında formalaşıb. Bu il beynəlxalq münsiflər heyətində ümumilikdə səkkiz ölkənin nümayəndələri yer alıb.

Gecənin sonunda ilk başda aşağı xallar alsa da, həm münsif, həm də tamaşaçı səsverməsində birinci olan Felicianın həyatında yeni Avroviziya səhifəsi açılıb. Qələbədən sonra səhnəyə yenidən çıxan ifaçı qalib mahnısını bir daha səsləndirərək final gecəsini bağlayıb.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Polşa bu gün “Avroviziya 2026” təmsilçisini seçir!

Portuqaliyanı “Avroviziya 2026″da Bandidos təmsil edəcək

Rəy bildir