Təmsilçilərimizin Malmödə ifa edəcəyi mahnının adına aydınlıq gəlib. Belə ki, Fahree və İlkin dueti Avroviziya səhnəsində ‘Özünlə Apar’ deyəcəklər.
Mahnı Avroviziya rəsmi YouTube kanalında təqdim olunub.
Qeyd edək ki, bu il öz çıxışını rəsmi olaraq təqdim edən sonuncu ölkə Azərbaycan olub.
Mahnı bu il də yerli sənətçilərimiz tərəfindən istehsal olunub. Mahnının musiqisi FAHREE, Edqar Ravin, Hasan Haydar və Mila Milesa, sözləri isə FAHREE və Mado Salikhə aiddir.
Klipin ssenari müəllifi və rejissoru isə Khans Film (Sərxan Axundov) olub. Bununla yanaşı, quruluşçu rəhbər Ömər Abdulkərimov, Maksim Tsurkov, yaradıcı rejissor isə Avroviziya qalibimiz Eldar Qasımovdur.
Mənbə: EBU/ Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






