“Avroviziya 2024” mahnı müsabiqəsində Azərbaycan hansı mahnı ilə təmsil olunacaq?

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı 15 mart Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi Youtube kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Öncə bildirildiyi kimi, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree – Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanacaq mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər – Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.


Onu da qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də birinci yarımfinalda səhnəyə çıxacaqlar.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İlkin Dövlətov Fəxri ilə Malmö səhnəsini bölüşəcək!

Avroviziya 2024 mahnımız təqdim edildi!

Rəy bildir