Yayımçıların hər biri Avroviziya Mahnı Müsabiqəsi üçün öz mahnısının son versiyasını təqdim edib. Bununla yanaşı, onlar may ayında səhnə tərtibatı ilə bağlı planlarını da təqdim ediblər. Bu tarixdən sonra mahnılara edilən hər hansı dəyişiklik Avroviziya Mahnı Müsabiqəsinin Referans Qrupu tərəfindən təsdiqlənməlidir.
2024-cü ildə Avroviziya Mahnı Müsabiqəsində ümumilikdə otuz yeddi ölkə yarışacaq.
Hazırda Avropa Yayım Birliyi yarımfinallarda çıxış sıralaması üstündə işləyir. Prodüserlər mümkün ola biləcək ən maraqlı şou üçün bir sıra məqamları nəzərə alacaqlar. Bunlara:
– mahnının ritmi və janrı;
– mahnının sevilib-sevilməməsi;
– səhnədə istifadə ediləcək rekvizitlər və onların daşınması üçün lazım olan vaxt;
– vizual görüntülərin rəngarəngliyi daxildir.
Avropa Yayım Birliyi adətən ritmik, yüksək enerji ötürən və estetik görüntüsü nisbətən yaxşı olan olan mahnılarla şounun açılışını və bağlanışı edir. İllər üzrə yarımfinal nəticələrinə nəzər saldıqda görürük ki, ilk hissədə 2, 3, 4-cü çıxış edən ölkələr adətən digərlərinə nisbətən zəif olur və finala keçməkdə çətinlik çəkir. Əlbəttə, bu əsasən mahnının insanlara ötürdüyü enerjidən aslıdır. Avroviziyanın ritmini tutduqda istənilən sırada çıxış edərək finala yüksəlmək mümkündür.
Ölkəmiz birinci yarımfinalda yarışacaq. Birinci Yarımfinal 7 May 2024-cü ildə keçiriləcək və finala keçmək uğrunda 15 ölkə yarışacaq. Finala isə yalnız 10 ölkə vəsiqə qazanacaq. Bu yarımfinalda mübarizə aparacaq ölkələr bunlardır:
- Xorvatiya
- Kipr
- İrlandiya
- Litva
- Polşa
- Serbiya
- Ukrayna
- Avstraliya
- Azərbaycan
- Finlandiya
- İslandiya
- Lüksemburq
- Moldova
- Portuqaliya
- Sloveniya
2023-cü il Avroviziya Mahnı Müsabiqəsi bu ilə böyük təsirini göstərib belə ki, Avroviziya əfsanəsi Loreenin geri dönüşü Avroviziya səhnəsinə qayıtmaq istəyən ötən illərin təmsilçiləri üçün böyük motivasiya oldu. Bu il milli seçim turlarında Avroviziyaya geri dönmək istəyən bir çox sənətçi çıxış etdi. Bu sənətçilər siyahısına Xorvatiyadan Damir Kedžo, Let 3, Estoniyadan Laura, İtaliyadan Diodato, Emma, Il Volo, Mahmood, Ricchi & Poveri, Litvadan Andrius Pojavis, The Roop, Vilija, Moldovadan Natalia Barbu, Norveçdən Benedicte Adrian, KeiiNO, Margaret Berger, Serbiyadan Konstrakta, Mélovin, İslandiyadan Hera Björk və Azərbaycandan Aisel daxildir.
Buna baxmayaraq, geri dönməyə yalnız Natalia Barbu və Hera Björk müvəffəq olublar.
Qeyd edək ki, ölkəmizi təmsil edəcək Fahree və İlkin dueti Avroviziya səhnəsində ‘Özünlə Apar’ mahnısını ifa edəcəkər.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






