Bir neçə gün əvvəl İctimai Televiziya və radioyayımları şirkəti Azərbaycan təmsilçisinin Fahree olacağını açıqladı. Bu gün əldə etdiyimiz məlumata əsasən istedadlı muğam ifaçısı İlkin Dövlətov mahnımızın muğam hissəsini ifa edəcək.
İlkin Dövlətov “Səs Azərbaycan, Doğma Nəğmələr” vokal yarışmasının finalisti olmuş və öz ifaları ilə ölkədə məşhurluq qazanmışdır. Bundan əlavə, o seçimlərdə Mila Miles və Etibar Əsədli ilə çıxış edərək təmsilçi olmaq uğrunda mübarizə aparmışdır.
İlkin bir neçə dəfə xarici ölkələrə səyahət edərək müxtəlif festival və konsertlərdə səhnə almış və ölkəmizin milli musiqisini təbliğ etmişdir. Qeyd edək ki, İlkin Dövlətov vokal müsabiqəsində iştirak edən andan insanların Avroviziyada görmək istədiyi şəxslərdən biri olmuşdur.
Ölkəmizi təmsil edəcək mahnının isə tezliklə kliplə birgə yayımlanacağı gözlənilir. Biz də öz komandamız adından inanırıq ki, bu ilki çıxışımız hələ çox danışılacaq və yaddaşlarda iz buraxacaq. Fəxri və İlkinə bu möhtəşəm səyahətdə uğurlar arzu edirik.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






