Hera Björk “Scared of Heights” mahnısı ilə İslandiyada keçirilən ‘Sonqvakeppnin 2024’-ün finalını qazanıb.
Gecənin digər favoriti olan Bashar Muradı geridə qoymağı bacaran müğənni superfinalda izləyicilərin könlünü qazanıb. Müğənninin Avroviziyada iştirakı rəsmi olaraq təsdiq olunub.
Hera Björk artıq dəfələrlə Avroviziya səhnəsində çıxış edib. 2010-cu ildə o, ” Je ne sais quoi ” mahnısı ilə İslandiyanı təmsil edib və finalda 19-cu olub. O, üç dəfə Avroviziyada yardımçı vokalist olub: 2008-ci ildə Euroband (” This Is My Life “), 2009-cu ildə Yohanna (” Is It True? “), həmçinin 2015-ci ildə Maria Ólafsdóttir (” Unbroken “) ilə birlikdə mahnı müsabiqəsində iştirak edib.
Mənbə: eurovisionworld.com/ EBU/ Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






