Səbinə Babayeva Avroviziyaya qayıdacaq!

26 may tarixində 57-ci Avroviziya Mahnı Müsabiqəsinin finalında “When the Music Dies” mahnısını Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov ilə birgə ifa etmiş Səbinə Babayeva bu il də Avroviziya ilə bağlı qalmaqallı açıqlamalar verib.

İfaçı öz müsahibəsində bildirib ki:

Görürəm ki, mənə ehtiyac var. Mən və Fəriddən sonra beşliyə, onluğa düşməmişik. Ona görə də gözləyin məni.

Bundan əlavə ifaçı Nigar Camala da cavab verib. Nigar Camal bir neçə gün əvvəl Avroviziyada sadəcə Ell& Nikki duetinin yadda qaldığını deyib. Babayeva isə onların mahnısının çox zəif olduğunu, sadəcə birinci olduqlarına görə yadda qaldıqlarını açıqlayıb və bu açıqlamanı Nigarın fantaziyaları adlandırıb. O həmçinin, əlavə edib ki, 2008, 2009 və 2012 çıxışlarımız ən yadda qalan çıxışlar olub.

Qeyd edək ki, Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinin səsvermə mərasimində Səbinə Babayeva 150 xal toplayaraq 57-ci Avroviziya Mahnı Müsabiqəsində 42 ölkə arasında 4-cü yeri qazanmışdı.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İslandiyanı Avroviziya 2024-də Hera Björk təmsil edəcək

Gürcüstanı Avroviziya 2024-də Nutsa Buzaladze təmsil edəcək

Rəy bildir