Portuqaliyanı Avroviziya 2024-də Iolanda təmsil edəcək!

Portuqaliya milli finalı “Festival da Canção 2024” qalibi az öncə bəlli olub. Belə ki, sayca 58-cisi keçirilən müsabiqənin qalibi 22 xalla Iolanda seçilib. O, Malmödə “Grito” adlı mahnısı ilə Portuqaliyanı Avroviziya 2024-də təmsil edəcək.

Avroviziya 2024 milli seçim mövsümü isə Portuqaliyanın Malmödə ölkəni təmsil edəcək müğənninin adına aydınlıq gətirməsi ilə birlikdə artıq başa çatıb.

Müsabiqənin finalında iştirak edən namizədlərdən “Pelas Costuras” adlı mahnısı ilə João Borsch 18 xalla ikinci, “Doce Mistério” adlı mahnısı ilə Leo Middea isə eyni xalla üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, bu milli finalda Azərbaycandan yeganə media üzvü olaraq 12xal iştirak edirdi. Komanda üzvümüz Çingiz yeganə azərbaycanlı olaraq müsabiqədən ən maraqlı görüntüləri və xəbərləri yerli azarkeşlərə çatdırırdı.

Üzvümüz Çingiz, hər iki yarımfinal və finalda baş verən hadisələri və nəticələri çatdırmaqla bərabər, bu mövsüm Portuqaliyadan 12xal üçün maraqlı videolar, çarxlar hazırlayıb və müsabiqənin qalibindən də müsahibə alıb. Müsahibəni yutub kanalımızdan keçid edərək izləyə bilərsiniz.

Qeyd edək ki, Portuqaliya Avroviziya 2024-də birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Mənbə: RTP


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İsveçi Avroviziya 2024-də Marcus & Martinus təmsil edəcək

İsraili Avroviziya 2024-də Eden Golan təmsil edəcək

Rəy bildir