Yeni müğənnilər üçün yeni imkanlar – İnkubasiya proqramı

Bildiyiniz kimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən ay “Yaradıcı Həftə” çərçivəsində müxtəlif tədbirlər və infossesiyalar təşkil olundu ki, onlardan biri də ölkəmizdə ilk dəfə təşkil olunan “Eurovision Talks” idi. Bundan başqa ötən ay ölkəmizdə musiqi sektorunun inkişafı ilə bağlı da müxtəlif tədbirlər həyata keçirildi.

Ölkəmizdə musiqi sektorunun inkişafına yönəlmiş növbəti layihə isə Mədəniyyət Nazirliyinin “Yaradıcı Sənayelərə Dəstək” proqramı çərçivəsində yaradılan “İnkubasiya” proqramıdır.

Proqramın əsas mahiyyəti karyeralarının başlanğıcında olan müğənnilərə potensiallarını gerçəkləşdirmək üçün imkan yaratmaqdır. İnkubasiyaya üzv olacaq şəxslərə vokal müəllimləri ilə dərslər, aktyorluq sənəti, xoreoqrafiya, psixoloji təlimlər və mətbuatla əlaqələr üzrə təlimlər keçiriləcək.

Eyni zamanda, iştirakçılar 3 ayın sonunda ən azı bir mahnı və bir musiqili videonun sahibi olmaq şansını qazanacaqlar. Fərqlənən iştirakçılar musiqi sənayesi bazarında peşəkar fəaliyyət üçün səsyazma şirkətləri ilə müqavilə imzalayacaqlar.

Proqrama qoşulmaq üçün ilk növbədə bu sahəyə marağı olan şəxs və ya şəxslər hub.creative.az saytına daxil olaraq “Musiqi” bölməsinə keçid etməlidir.

Daha sonra isə ən azı iki mahnını canlı olaraq ifa etməli və adını, soyadını qeyd edərək qeydiyyatdan keçməlidir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Nadir Rüstəmli yeni klipini təqdim edib.

“Avroviziya 2024 təmsilçimiz seçilsə xəbəriniz olardı”

Rəy bildir