Bir neçə gündür ki, sizinlə birgə yola çıxdığımız 12sual layihəsinin sonuncu günündə sizin görüşünüzə gəlirik. Bu dəfəki qonağımız Emy Lia səhnə adı ilə fəaliyyət göstərən Emiliya Yaqubovadır. Emiliya 27 may 1986-cı ildə Bakı şəhərində dünyaya gəlmişdir. Lap uşaq yaşlarından musiqiyə həvəsi olan ifaçı “Musiqi sənəti” fakültəsini bitirmişdir. O qeyd edir ki:
“Körpəlikdən musiqiyə olan sevgim mənimlə birgə böyüyüb. Hətta valideyinlərim fonda musiqi olmadan yatmadığımı mənə deyirdilər. Lakin uşaqlıqda Whitney Houston və Kevin Costner oynadığı Cangüdən filminə baxdıqdan sonra oradan ilhamlanaraq musiqiçi olacağıma tam qərar verdim.”
Elə musiqiyə olan həvəsi ifaçını respublikamızda ilk dəfə təşkil edilən “Səs Azərbaycan” müsabiqəsinə qatılmağa sövq etmişdir. Qeyd edək ki, Emy Lia müsabiqənin ilk qalibi olduğu üçün bu müsabiqə ona görə olduqca mötəbərdir.
O 2008-ci ildən etibarən musiqiçi kimi fəaliyyət göstərməyə başlayır və onun bu yolda ilk addımları da elə Avroviziya milli seçim turları ilə başlayır. 2011-ci ildə baş tutan Avroviziya milli seçimlərinə qatılan ifaçının uğur hekayəsi də elə bununla başlayır deyə bilərik. Amma onu da unutmayaq ki, Emynin oxumaq istedadı elə o 3 yaşındaykən atası tərəfindən kəşf edilib. Ata-bala çalıb oxuyarmışlar.
“3 yaşımdaykən mən mahnı söyləyər atam isə müxtəlif musiqi alətlərində mənə müşaiət edərək onları kaset lentinə alardı.”
Emy Lianın yaradıcı ruhunda yer alan incəlik, məlahət və sevgi onun həyatında da öz əksini tapır. İncəsənətlə məşğul olub, dünyanı, heyvanları sevməmək olarmı? O bizə bildirib ki, bütün heyvanlara qarşı sevgi bəsləyir. Ən çox sevdiyi canlılar isə it, at və delfinlərdir. Emy qeyd edir ki, məhz bu heyvanlar insana qarşı daha hissiyatlı və sadiq olması ilə fərqlənirlər.
Yəqin ki, hər birimiz ambisiyalı gənc ifaçıların müsahibələrini izlədikdə onlar üçün Avroviziyanın karyera hədəfi olduğunu hər zaman eşitmişik. Kimi ilk dəfədən, kimisi isə dəfələrə seçimlərə qatıldıqdan sonra, bu arzusuna nail olmuşdur. Həmsöhbətimiz bu mötəbər müsabiqədə iştirak etmək üçün artıq 3-cü dəfə şansını sınayır. Bu il hətta iki mahnı ilə seçimlərə qatılan Emy Lia finala keçməyən Etibar Əsədli ilə ərsəyə gətirdikləri digər bir mahnısının yaxın zamanlarda işıq üzü görəcəyini də bildirib. İfaçı seçim turunda qalib olsa, sevincini bu yola başladıqları adamlarla bölüşəcək. Həmin adamlardan biri də elə 12xal Avroviziya bloqunun qurucusu Elvin Cabbarovdur. Emy Lia qeyd edib ki, onun bu yola başlamasında Elvinin əməyi böyük olmuşdur. Mahnısına yetərincə güvənən və əminlik edən ifaçıdan Avroviziya üçün ölkəmizdən olan favoritini seçmək hazırda bir qədər çətindir. Təxmin edirik ki, təmsilçi seçildiyi halda buna cavabı daha asan olacaq…
“Tam səmimiyyətimlə deyə bilərəm ki, hər birini fəxr hissi və sevinc göz yaşları ilə izləyib, dəstəkləmişəm. Onları biri-birindən ayırmaq mənim üçün çox çətindir. Sırf birini deməliyəmsə bu zaman “When The Music Dies” olsun.”
Gəlin bir qədər Emy Lianın gündəlik həyat tərzi ilə tanış olaq. Yeməkləri çox sevdiyini bildirən müğənni qurman olduğunu bildirib. O inanır ki, sevdiyi hər hansı bir yeməyin adını desə, o biri sevdiyi yeməklər ondan inciyər. Çünki sevdiyi yeməkləri biri-birindən seçə bilmir. Bundan əlavə, o yemək mövzusunda biraz kaprizli olduğunu da inkar etməyib. Yemək yeyiriksə, niyə də ən dadlısını yeməyək?
Möcüzə ve sehirlərə inanan Emy Lianın ən sevdiyi bayram Yeni İl bayramıdır. Müğənni deyir ki, hər təzə il, onun həyatı üçün sehirli yenilikləri ilə əlamətdar olur. Ümid edirik ki, 2024-cü il də Emili və bütün dünya üçün xoş və hüzur dolu keçəcək.
Səhnə adı Emy Lia olsa da, ən sevdiyi xitab forması az öncə gördüyünüz Emilidir. Emili supergücü olsa, zaman maşınına sahib olmaq və teleportasiya qabiliyyətinə malik olmağını istərdi. O, zamanda səyahət edərək nələrisə dəyişməyə cəhd edərdi. Necə deyərlər “Amaravati, Amaravati, Çandrika,
Kintamani, Kintamani, İşvara!”. Zaman maşını olmasa da, Emili bütün dünyaya bu mesajı vermək istəyir:
“Change everything, change everything, change everything!”
Maraqlıdır, bu ifadə görəsən nəyi ifadə edir. Yəqin ki, türklər demiş “Kokusu çıkar yakında”.
Heydər Əliyev Sarayında səhnələşdirilmiş Azərbaycanın ilk uşaq müzikli olan “Ələddinin sehrli çırağı” müziklində baş rollarda iştirak edərək, “Jasmin” rolunu Emy Lianın səsləndirdiyindən xəbərdar idiniz? Biz bir azca janrı və rolları dəyişmək qərarına gəldik və ona “Qorxu filminə çəkilsəydiniz, aşağıdakı personajlardan hansı olardınız?” sualını ünvanladıq və onun cavabını xüsusi rənglə ayırdıq:
Sonda namizədimiz sizi də unutmayıb. Sizin üçün mahnı, kitab və film tövsiyyəsini aşağıdakı ardıcıllıq üzrə qeyd edir:
Mahnı – Şövkət Ələkbərova – Füzuli Kantatası
Kitab – Balaca şahzadə – Antuan de Sent-Ekzüperi
Film – Küləklə sovrulanlar – Marqaret Mitçellin
Bununla da Avroviziya 2024 təmsilçimiz olma adına 1 addımlıqda olan hər bir 6 namizədi sizə daha yaxın etdik deyə bilərik. Əgər yazılarımızı görməmisinizsə, onlar ilə aşağıdakı linklər üzrə tanış ola bilərsiniz:
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






