12 sualın bugünkü qonağı Qorquddur. Əslən gəncədən olan Elvin Novruzov 2015-ci ildə keçirilmiş “Səs Azərbaycan” müsabiqəsində iştirak etmişdir. Qorqud səhnə adı ilə tanınan ifaçı sadəcə müğənni deyil, həm də bəstəkar və söz yazarı kimi fəaliyyət göstərir. Maraqlısı budur ki, Qorqud müsabiqə üçün iki mahnısı hazırlamışdır. Bir mahnını özü ifa edir, digəri isə Emy Liadadır. O qeyd edib ki, yarışan mahnılardır, ifaçılar yox. İndi isə gəlin 12sualda Qorqudu daha yaxından tanıyaq.
Yəqin ki, hamımız ən azı bir dəfə piano görəndə onda nə isə çalmış, ən azından çalırmış kimi davranmışıq. O ki qaldı, musiqiçi ailəsində dünyaya göz açan biri! Evdə pianist anası və piano… Hə bir də, qonşular, sonda dilə gələn və balaca Elvinin oxumaq istedadını kəşf edən şəxslər…
Namizədlərimiz hər biri heyvanlara qarşı xüsusi diqqət ayırdığını qeyd etsə də onlar arasında ev heyvanı sahiblənən və hazırda ona baxan 2 nəfərdən biridir Qorqud. Onun evdə Nala adında pişiyi var.
Qorqud ilə bağlı yəqin bir çoxlarında bu sual formalaşır. Onun səhnə adı ilə Dədə Qorqudun bir əlaqəsi var? O vurğulayır ki, Dədə Qorqud öz qopuzu ilə oba-oba dolaşıb mahnı oxuyub. Mən də onun kimi öz mahnılarımı oxuyub, insanlara ötürmək istəyirəm. Bizi birləşdirən ortaq nöqtə də sadəcə budur.
Qorqudun özünə seçdiyi ləqəb elə onun ən çox sevdiyi xitab formasıdır. Ona görə də bu yazımızda da biz onun əsl adını qeyd etməkdən bir qədər yayınırıq.
Əvvəl də qeyd etdiyimiz kimi, Qorqudu bir çox insan səs müsabiqəsi ilə tanıyıb. İfaçı müsabiqədə ən sevdiyi Avroviziya mahnımız “Day After Day”i oxuyub. Əgər dinləməmisinizsə, sizin üçün videonu aşağıdakı linkə yerləşdiririk. İfaçı ifası ilə yaxşılıq və pislik arasında olan əzəli və əbədi savaşı musiqi ilə insanlara çatdırmaq istəyib. Qorqud əlavə edir ki, pis insanları yaxşı insana çevirmək kimi bir supergücünün olmasını istərdi. Buna əlavə olaraq o bütün dünyaya bu sözləri ünvalamaq istəyir:
“Deyərdim ki, yaxşı insan olmağa çalışın. Heç kəsin qəlbini qırmayın. Bilmədiyinizi danışmayın. Tanımdağınız insan haqqında pis danışmayın. Neqativdən uzaq olun. Hər zaman öz üzərinizdə çalışın. Pozitiv düşünün. Ancaq özünüzü düşünməyin. Sevin, sevilin ❤️”
Qorqud seçimlərdə qalib gəlsə, sevincini ilham mənbəyi olan anası ilə paylaşacaq. Hər xoş xəbər kimi, bu xəbəri də qeyd etmək lazımdır. İfaçı yarpaq dolmasını çox sevir, hər halda anası ona ləziz yeməyi bişirərək Qorqudun sevincini ikiyə qata bilər, həm də ona seçilməsi münasibətilə gözəl bir hədiyyə olar. Hər bir halda, Qorqudun anası bu yazını oxuyursa, ürəyində deyir ki: “Təki seçilsin, dolma qurbandır. Lap sizi də dəvət edərik.” Ara yerdə biz də özümüzə yer edirik. 🤭
Qeyd etmək demişkən, Dədə Qorqud dastanında Oğuz elində nəsə təntənəli bir hadisə baş verdikdə, dağlarda tonqallar qalanar, camaata car çəkilərdi, Novruz bayramları isə xüsusi formada təşkil edilərdi. Yəqin elə bu səbəbdən Qorqudun Novruz bayramına qarşı böyük sevgisi var.
Artıq 12sualdan tanıdığımız qədər Qorqudun müsbət auralı, yardımsevər və humanist biri olduğu barəsində bizdə təsəvvür yaranıb. Məhz bu təbiətinə görə də Qorqud iddia edir ki, qorxu filminə çəkilsəm, hər kəsi xilas edən o bilici olaram.
Qorqud sonda vaxtınızı xoş etmək üçün sizə öz şəxsi təcrübəsindən bir neçə örnək verib:
Mahnı — Bağışla (Qorqud)
Kitab — The power of habit (Charles Duhigg)
Film — Barbie
İfaçı vurğulayıb ki, tamaşaçılar “Bağışla” mahnısının sözlərinə və “Barbie” filiminin dərin mənasına diqqət yetirməlidirlər.
Beləliklə, 12sualda növbəti Avroviziya namizədimizi sizə tanıtdıq. Növbəti görüşlərə qədər.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






