12xal komandası olaraq ölkəmizi Malmö şəhərində keçiriləcək 68-ci Avroviziya mahnı müsabiqəsində təmsil etməyə namizəd olan şəxsləri sizlərə daha da yaxından tanıtmağa davam edirik. Növbədə isə sizinlə “danışacaq” şəxs Azərbaycanı Avroviziya 2018 mahnı müsabiqəsində təmsil etmiş müğənni, bəstəkar və söz yazarı Aysel Məmmədovadır.
İlan ilindən və xərçəng bürcündən olan müğənninin dediyinə görə onun musiqiçi olmasına ailəsi qərar verib. Aisel bu qərarı onun üçün alınan ən doğru qərar olduğunu da vurğulayıb. Bu qərarı ailəsi qəbul etsə də, bacarıqlı müğənni öz istedadını özü kəşf edib. Bu yolda uğurla addımlayan müğənni, Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
“İnsanın ən yaxın dostu itdir.” ifadəsinə inanan müğənni pişikləri də sevdiyini əlavə edib. Ümumiyyətlə, Aiselin geniş ürəyində bütün heyvanlara yer var. Hansı ki, onu sosial şəbəkə hesabından etdiyi mütəmadi paylaşımlardan da siz hiss etmiş ola bilərsiniz.
Heyvanlar və xüsusən itlərdən danışmaq üçün saatlarla vaxtımız ola bilər amma istəyirik əsas mövzumuz olan Avroviziyaya keçid edək. Müsabiqədə bugünədək sevdiyiniz çıxışımız hansıdır? Bu sualı müsabiqədə daha ölkəmizi təmsil edən birinə vermək əslində elə də asan deyil. Düzü bu sualın cavabını vermək də asan olmayacaq. Axı bizim biri-birindən fərqli nömrələrimiz olub… Aisel isə düşünür ki, onlar arasında ən yaxşısı “When The Music Dies” və “Skeletons”dır.
Müğənniyə növbəti sualımız da elə müsabiqə ilə bağlı oldu. Təmsilçi seçilsə, bunu ilk kiminlə bölüşəcəyini soruşduqda ailəsinə çox bağlı olan müğənni bu xəbəri anasına bildirəcəyini deyib. Əslində, Aiselin ifaçılıq yoluna qədəm qoyması da elə ailəsinin təşəbbüsü ilə baş verib, ona görə də bu cavab bizi təəccübləndirməməlidir.
Adətən müsabiqədən sonra ifaçılarda ruh düşkünlüyü və durğunluq müşahidə olunsa da, Aisel də bu hal yaşanmadı. Üstəlik ifaçı bir-birinin ardınca mahnılar və albomlar buraxdı. O öz diskoqrafyasında çeşidli janr və dillərə müraciət edib. Avroviziyadan sonra ingilis, rus və ana dilində bəstələdiyi bir neçə mahnı ilə populyarlıq qazanmışdır. Qısa fasilələr ilə yeniliklər edən ifaçının ən hit mahnılardan birinə çevrilən “Sevirəm” adlı etnik balladanı hələ də dinləməyən var? Sevirəm demişkən, Aiseldən ən çox sevdiyi yeməyi soruşduq. Onun ən sevdiyi yemək italyan mətbəxinə aid olan pastadır. O bu təamın bütün növlərini çox iştahla yediyini vurğulayıb. Nuş olsun!
Yeməklər yeyildisə növbəti suallarla davam edək. Aisel üçün sevimli bayram “Yeni il”, sevimli xitab isə elə adıdır. O qeyd edir ki, dostları ilə bir-birlərinə müxtəlif adlar qoyurlar amma digərləri üçün elə “Aisel” olaraq qalır. Maraqlıdır görəsən Aiseli öz dost qrupunda necə çağırırlar. Bu yazını görən dostları ümid edirik sualımızı cavabsız saxlamayacaq…
Namizədlərimiz zamanda səyahətə çıxmaqda yaman həvəslidir. Supergücünüz olsa nə olmasını istərdiniz sualımıza Aisel də “Zamanda səyahət” deyə cavab verib.
İstedadlı müğənni insanlara ömrün keçici olduğunu bildirərək onları cəsarətli olmağa səsləyir və hər anı dəyərləndirməklərini tövsiyə edib. Nəzərə alsaq ki, ömür də bir kinodur… Yəqin ki, Məmmədova müdrik xilaskar olaraq, hər kəsin dadına çatıb, ününə yetəcəkdi. Çünki o, “qorxu filminə çəkilsəydiniz, aşağıdakı personajlardan hansı olardınız?” sualına özü də belə cavab verib:
Ən sonda isə günlərimizi daha maraqlı keçirmək üçün ifaçı bizə bir mahnı, bir film və bir kitab məsləhət görüb:
Mahnı: Bobby McFerrin — Brief Eternity;
Kitab: Vadim Zeland — Reality Transurfing;
Film: Wild Tales (2014 il)
Bununla da, sizə Avroviziyada ölkəmizi təmsil etməyə namizədləri daha da yaxından tanış etdiyimiz bu layihədə bir namizədi daha geridə qoyduq. Digər namizədləri də tanımaq üçün bizi izləməkdə davam edin.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






