FRANSANIN UŞAQ AVROVİZİYA 2022 SƏHNƏSİ HAQQINDA TƏFƏRRÜATLAR AÇIQLANIB

Fransanın Uşaq Avroviziya 2022 çıxışı ilə bağlı yeni detallar açıqlanıb.

Müğənni Lissandro-ya səhnə də 4 rəqqas müşayiət edəcək. Həmin rəqqaslardan üçün artıq Uşaq Avroviziya səhnəsində özlərini sübut etmiş gənc istedadlardır:

— Thimeo Garin – Fransanın Uşaq Avroviziya 2020 və 2021 çıxışlarında rəqqas;

— Lola Dalquier – Fransanın Uşaq Avroviziya 2021 çıxışlarında rəqqas;

— Yana – Fransanın Uşaq Avroviziya 2021 çıxışlarında rəqqas;

— Mahdy.

Bundan əlavə, səhnənin xoreoqrafı Sabrina Lions olacaq. O 2018-ci ildən bəri Fransanın bütün Uşaq Avroviziya çıxışlarının xoreoqrafı olmaqla yanaşı, Fransada baş tutan Uşaq Avroviziya 2021-in də xoreoqrafı olub.

Qeyd edək ki, Fransanı bu ilki Uşaq Avroviziya mahnı müsabiqəsində “Oh Maman” adlı mahnısı ilə Lissandro təmsil edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İSVEÇRƏNİN AVROVİZİYA 2023 MAHNISI DEMƏK OLAR Kİ, HAZIRDIR

MELODİFESTİVALEN 2023: İLK 14 İŞTİRAKÇI BƏLLİ OLDU