UŞAQ AVROVİZİYA 2022 TƏMSİLÇİLƏRİ BƏLLİ OLDU

İrəvanda keçiriləcək sayca 20-ci Uşaq Avroviziya mahnı müsabiqəsinin 16 iştirakçısı da bəlli olub.

11 dekabr tarixində baş tutacaq müsabiqədə 2005-ci ildən sonra ilk dəfə Birləşmiş Krallıq iştirak edəcək.

İndi isə gəlin qısaca təmsilçilərə və onların mahnılarına nəzər yetirək:

  • AlbaniyaKejtlin Gjata – Pakëz diell;

Albaniya öz Uşaq Avroviziya 2022 təmsilçisini və mahnısını “Junior Fest 2022″nin köməyi ilə seçdi. Alban dilində olan mahnı ballad janrındadır. Mahnı rəsmi olaraq 5 noyabr Bakı vaxtı ilə 16:05-də təqdim olunacaq.

  • Ermənistan – Nare;

Ev sahibi Ermənistanın təmsilçisi bəlli olsada mahnı hələ ki, təqdim olunmayıb və hər hansısa yayım tarixi açıqlanmayıb.

  • Fransa – Lissandro – Oh maman;

Fransanın Uşaq Avroviziya təmsilçisi və mahnısı daxili seçim yolu ilə seçildi. Mahnı rəsmi olaraq təqdim olunsada, klip 6 noyabr Bakı vaxtı ilə 23:00-da yayımlanacaq.

  • Gürcüstan – Mariam Bigvava;

Gürcüstan isə öz təmsilçisini milli finalın köməyi ilə seçdi. Mahnı rəsmi olaraq təqdim olunmayıb.

  • İrlandiya – Sophie Lennon – Solas;

İrlandiya da Gürcüstan kimi öz təmsilçisini milli finalın köməyi ilə seçdi. Mahnının adı açıqlansada, mahnı rəsmi olaraq təqdim olunmayıb. Klipin bu həftə sonu təqdim olunması gözlənilir.

  • İtaliya – Chanel Dilecta – Bla Bla Bla;

İtaliyanın təmsilçisinin və mahnısının adı keçdiyimiz gün bəlli oldu. Mahnı və klip 10 noyabrda təqdim olunacaq.

  • Qazaxıstan – David Charlin – Jer-Ana (Mother Earth);

Qazaxıstanın təmsilçisi və mahnısının adı rəsmi olaraq açıqlanıb. Mahnı və klip isə 6 noyabr Bakı vaxtı ilə 12:00-da təqdim olunacaq.

  • Malta – Gaia Gambuzza – Diamonds in the Skies;

Maltanın Uşaq Avroviziya mahnısı hələ oktyabr ayında təqdim olunmuşdu. Klip isə rəsmi şəkildə artıq yayımlanıb.

  • Niderland – Luna – La festa;

Niderland isə öz təmsilçisini və mahnısını milli finalın köməyi ilə seçdi. Mahnı və klip rəsmi olaraq təqdim olunub.

  • Şimali Makedoniya – Lara ft. Jovan, Irina – Životot e pred mene;

Avroviziya 2023-də iştirakdan imtina edən Şimali Makedoniya Uşaq Avroviziya 2022 təmsilçisini bir ay bundan öncə təyin etmişdi. Klip və mahnı rəsmi olaraq təqdim olunub.

  • Polşa – Laura Bączkiewicz – To the Moon;

Polşa hələ sentyabr ayın da artıq öz təmsilçisini və mahnısını milli finalın köməyi ilə seçmişdi. Mahnı rəsmi olaraq təqdim olunsa da, klip hələ ki, təqdim olunmayıb.

  • Portuqaliya – Nicolas Alves – Anos 70;

Portuqaliya hələ yay aylarında öz təmsilçisini seçmişdi. Mahnının adı açıqlansada, mahnı rəsmi olaraq təqdim olunmayıb.

  • Serbiya – Katarina Savić – Svet bez Granica;

Serbiyanın mahnısı və klipi rəsmi olaraq 6 noyabrda Bakı vaxtı ilə saat 18:00-da təqdim olunacaq.

  • İspaniya – Carlos Higes – Señorita;

İspaniya öz təmsilçisini daxili seçim yolu ilə seçdi. Klip və mahnı təqdim olunub.

  • Ukrayna – Zlata Dziunka – Nezlamna (Unbreakable);

Avroviziya 2022 qalibi Ukrayna öz təmsilçini və mahnısını milli finalın köməyi ilə seçdi. Mahnının yenilənmiş versiyası və klipi hələ ki, təqdim olunmasa da, mahnının ilk versiyası yayımlanıb.

  • Birləşmiş Krallıq – Freya Skye – Lose My Head;

Sonuncu dəfə 2005-ci ildə müsabiqəyə qatılan Birləşmiş Krallıq yenidən müsabiqədə iştirak edir. Ölkə təmsilçisini və mahnısını daxili seçim yolu ilə seçdi.

Müsabiqənin rəsmi açılış mərasimi 5 dekabr tarixində baş tutacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

ÇEXİYA TƏMSİLÇİ SEÇİMLƏRİNƏ BAŞLAYIR

AVSTRALİYA AVROVİZİYA 2023 TƏMSİLÇİSİNİ DAXİLİ SEÇİM YOLU İLƏ SEÇƏCƏK