Azərbaycanı “Avroviziya 2026” mahnı müsabiqəsində təmsil edən JIVA ikinci yarımfinal öncəsi təəssüratlarını bölüşüb.
“Axşam.az”a açıqlama verən sənətçi bildirib ki, ikinci məşq uğurla keçib və nümayəndə heyəti səhnə şousunun yüksək səviyyədə olması üçün çalışır:
“Həyəcan var. İkinci məşqimiz çox gözəl keçdi. Saç, makiyaj, geyim, ümumiyyətlə bütün deleqasiya çalışırıq ki, hər şey yüksək səviyyədə olsun. Mən artıq gecəyə hazıram. Tək sürpriz odur ki, gözəl performans olacaq”.
Müğənni Vyanada olduğu müddətdə mahnısına müsbət reaksiyalar aldığını da deyib:
“Təəssüratlar çox gözəldir. Bu qədərini gözləmirdim. Gözəl reaksiya görürəm. Çox sevinirəm ki, artıq sevilirəm”.
JIVA yarışmada favoritinin Danimarka təmsilçisi Soren Torpeqraad Lund olduğunu da açıqlayıb.
Qeyd edək ki, JIVA bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək ikinci yarımfinalda “Just Go” mahnısı ilə səhnəyə çıxacaq. Tamaşaçılar ifaçıya SMS vasitəsilə “2” rəqəmini göndərərək və ya ESC Vote saytı üzərindən səs verə bilərlər.
Müsabiqədə iştirak etməyən ölkələrdə yaşayan izləyicilər üçün isə “Rest of the World” səsverməsinin artıq aktiv olduğu bildirilib.

sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.






