Bu gün Bakı vaxtı ilə saat 23:00-da Avstriyanın Vyana şəhərində yerləşən “Wiener Stadthalle” arenasında “Avroviziya 2026”nın ikinci yarımfinalı baş tutacaq.
12 may tarixində keçirilən birinci yarımfinalın nəticələrinə əsasən aşağıdakı ölkələr böyük finala vəsiqə qazanıblar:
1.Yunanıstan;
2. Finlandiya;
3.Belçika;
4. İsveç;
5. Moldova;
6 İsrail;
7. Serbiya;
8. Xorvatiya;
9.Litva;
10. Polşa.
Bu mərhələdə isə ümumilikdə 15 ölkə qalibiyyət uğrunda mübarizə aparacaq və onlardan yalnız 10-u böyük finala vəsiqə qazanacaq. Bu ölkələr aşağıdakılardır:
1.Bolqarıstan;
2. Azərbaycan;
3.Rumıniya;
4. Lüksemburq;
5. Çexiya;
6. Ermənistan;
7. İsveçrə;
8. Kipr;
9.Latviya;
10. Danimarka;
11. Avstraliya;
12. Ukrayna;
13. Albaniya;
14. Malta;
15. Norveç;
İkinci yarımfinalda Azərbaycanda çıxış edəcək. Təmsilçimiz JIVA “Just Go” adlı mahnısı ilə səhnəyə 2-ci nömrə altında çıxaraq finala yüksəlmək uğrunda mübarizə aparacaq.
“Just Go” emosional pop-ballada üslubunda hazırlanıb və mahnının müəllifi bəstəkar Fuad Cavadovdur. Mahnıda Azərbaycan dilində hissələr də yer alır.
Danirmarkalı prodüser Mads Enggaard tərəfindən hazırlanan səhnə quruluşu ilə qara, qırmızı və mavi payetlərlə bəzədilmiş parlaq libasda JIVA sevgi mövzusunda duyğusal bir çıxış sərgiləyəcək. Səhnə quruluşu yuxarıdan uzanan pərdələr və gecə ab-havalı “ev” atmosferi üzərində qurulub.
JIVA səhnəyə tüstü buludu içindən daxil olur. Arxa fonda pərdələrin üzərində isə qırılmış münasibəti əks etdirən ağ-qara vizuallar göstərilir. Final hissəsində isə mahnıda sözügedən oğlan səhnəyə çıxır və aralarında gərgin bir qarşılaşma baş verir, lakin bu an ayrılıqla nəticələnir. JIVA azad olur və uzaqlaşaraq gedir ki, bu da güclənmə və emosional azadlığı simvolizə edir.
Xatırladaq ki, ötən il “Avroviziya 2025” müsabiqəsində Azərbaycanı Mamagama qrupu “Run with U” mahnısı ilə təmsil etsədə finala vəsiqə qazana bilməmişdi.
Yarımfinalda səsvermə xalq və münsif səsverməsindən ibarət olacaq. Xalq səsverməsi həm SMS, həm də esc.vote platformasından həyata keçiriləcək. Səsvermə prosesində finalçı ölkələrdən əlavə Fransa və ev sahibi Avstriya da iştirak edəcək. Avroviziyada iştirak etməyən ölkələrdən toplanan səslər ümumiləşdiriləcək və 1 ölkənin səs gücünə bərabər olacaq. Xalq səsverməsi son ifa səsləndirildikdən sonra təqribən 18 dəqiqə ərzində aktiv olacaq. Hər bir izləyicinin verə bildiyi maksimal səs sayı 10-dur. Səslərin digər hissəsi isə yarımfinalda iştirak edən ölkələrin münsiflər heyəti tərəfindən veriləcək.
Müsabiqəni İTV kanalından və Avroviziyanın rəsmi YouTube səhifəsindən izləmək mümkün olacaq.
Gecənin sonunda ən çox səs toplayan 10 ölkə 16 may 2026-da keçiriləcək böyük finala yüksələcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






