“Avroviziya 2026″nın ilk 10 finalçısı bəllidir

Avstriyanın paytaxtı Vyana şəhərində baş tutan “Avroviziya 2026″nın ilk yarımfinalı artıq başa çatdı.

Final uğrunda mübarizə aparan 15 ölkədən 10-u finala vəsiqə qazanıb.

Gülməli anlar, gözoxşayan səhnə çıxışları ilə yadda qalan birinci yarımfinal gərgin səsvermə nəticələrinin açıqlanması ilə yekunlaşdı.

Finala vəsiqə qazanan 10 ölkə isə aşağıdakılar oldu:

  1. Yunanıstan;
  2. Finlandiya;
  3. Belçika;
  4. İsveç;
  5. Moldova;
  6. İsrail;
  7. Serbiya;
  8. Xorvatiya;
  9. Litva;
  10. Polşa.

Avroviziya macərası 14 may tarixində keçirələcək ikinci yarımfinalla davam edəcək. Ölkəmizi “Just Go” adlanan mahnı ilə təmsil edəcək JIVA 2-ci nömrə altında çıxış edərək finala keçməyə çalışacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026″nın birinci yarımfinalında səsvermə başladı

Rəy bildir