Məşqlərin üçüncü günü sona çatıb – “Avroviziya 2026”

“Avroviziya 2026”da məşqlər qaldığı yerdən davam edir. Bu gün Vyanada Wiener Stadthalledə məşqlərin üçüncü günü baş tutub.

“Avroviziya 2026” səhnəsi

Bu günkü məşqlər də mediaya qapalı şəkildə həyata keçirilib.

Lakin müsabiqənin rəsmi saytı arenada baş verənlərdən ibarət canlı bloq yazmaqdadır. Buna görə də yalnız bu mənbədən olan məlumatlarla sizlərə müsabiqənin məşq proseslərini canlı olaraq çatdıracağlq. Qeyd edək ki, bu gün məşq edəcək ölkələrdən üç şəkil sabah təqdim ediləcək.

Qeyd edək ki, bu gün ölkəmiz Azərbaycan da ilk məşqini həyata keçirib.

Bu gün baş tutan məşqlərdə iştirak edən ölkələr bu şəkildədir:

 

  1. Bolqarıstan;
  2. Azərbaycan;
  3. Rumıniya;
  4. Lüksemburq;
  5. Çexiya;
  6. Ermənistan;
  7. İsveçrə;

Məşqlər başladı!

1.Bolqarıstan;

DARA kukeri ənənəsindən, yəni pis ruhları qovmaq ritualından ilhamlanaraq xaotik və güclü rəqs nömrəsi nümayiş etdirir.

Rəqqasların vəhşi rəqs hərəkətləri və ledlərdəki intensiv vizuallar qəribə, amma çox güclü bir atmosfer yaradır və son illərin yadda qalan Avroviziya çıxışlarını xatırladır. Məsələn “Cha Cha Cha” və ya “Dizzy”…

Qara və çəhrayı rəngli, xəz detallı geyimdə olan DARA kifayət qədər professional görünür. Çıxış əvvəlcə Wiener Stadthalle səhnəsində qurulmuş “ev” dekorunda başlayır, daha sonra isə o, bu dekordan çıxaraq rəqqaslarını daha partlayıcı və dinamik hissəyə aparır.

Mahnı inkişaf etdikcə yenilənmiş aranjiman yüksək enerjili kulminasiyanı dəstəkləyir. Sinxron xoreoqrafiya və qeyri-adi vizuallar qaranlığın təmizlənməsini və şər üzərində qələbəni simvolizə edir.

2. Azərbaycan;

JIVA “Just Go” mahnısını dramatik və emosional bir performansla təqdim edir. O, səhnəyə tüstü buludu içindən daxil olur. Səhnə quruluşu yuxarıdan uzanan pərdələr və gecə ab-havalı “ev” atmosferi üzərində qurulub.

Qara, qırmızı və mavi payetlərlə bəzədilmiş parlaq libasda JIVA sevgi mövzusunda duyğusal bir çıxış sərgiləyir, arxa fonda pərdələrin üzərində isə qırılmış münasibəti əks etdirən ağ-qara vizuallar göstərilir.

Final hissəsində mahnıda sözügedən oğlan səhnəyə çıxır və aralarında gərgin bir qarşılaşma baş verir, lakin bu an ayrılıqla nəticələnir. JIVA azad olur və uzaqlaşaraq gedir ki, bu da güclənmə və emosional azadlığı simvolizə edir.

3. Rumıniya;

Alexandra Căpitănescu ilk məşqində çox professional və tam hazır bir performans təqdim edir. O, çıxışın əvvəlindən etibarən yüksək özünəinam və tam nəzarət nümayiş etdirir.

Səhnə quruluşu mahnı boyunca sanki saxlanılan uzun və gərgin bir nəfəs ideyası üzərində qurulub ki, bu nəfəs yalnız kulminasiya anında buraxılır. Bu müddətdə performans daxili mübarizəni əks etdirir və bu, Alexandra, onun dörd qrup üzvü və səhnədəki gizli altıncı fiqur vasitəsilə canlandırılır.

Vizual baxımdan çıxış çox təsirlidir. İşıq saçan borular elektrik axınını simulyasiya edir. Alexandranın libası isə çiyinli qara dəri korset, uzun əlcəklər və dizə qədər çəkmələrdən ibarətdir.

4. Lüksemburq;

Eva Marijanın Avroviziya çıxışı milli finalın daha inkişaf etdirilmiş versiyasıdır.

Səhnə quruluşu arenanı canlı və rəngarəng təbiət dünyasına çevirir. Kəpənəklər, quşlar və çiçəklənən elementlər performans boyunca Eva ilə interaktiv şəkildə əlaqə qurur. O, torpaq tonlarında olan geyimini saxlayıb, amma əvvəlki geyimini daha axıcı, laylı libasla əvəz edir ki, bu da səhnədə hərəkəti daha təsirli göstərir.

Ümumilikdə performans dinamik, vizual baxımdan zəngin və Evanı güclü, diqqətçəkən bir müğənni kimi təqdim edir.

5. Çexiya;

Daniel Zizkanın səhnəsində çoxlu güzgülər və güzgü effektləri yer alır.

Performans zamanı dörd hissədən ibarət böyük bir rekvizit var və bu, dörd “rəqqas” tərəfindən səhnəyə gətirilir və çıxarılır. Çoxsaylı güzgülərdən ibarət səhnə quruluşu sayəsində tamaşaçılar üç dəqiqəlik bu mini-şou ərzində saysız-hesabsız vizual effektlərlə qarşılaşır.

Bugünkü məşqin ən diqqətçəkən tərəfi isə Daniel Zizkanın vokallarıdır. Onun ifası studiya versiyası ilə demək olar ki, eynidir və bu performansda əsas ulduz məhz özü olur.

Bu günkü məşqdə Daniel açıq, “baby blue” rəngdə köynək və şalvar geyinib. Amma bildirilib ki, alternativ geyim variantları da sınaqdan keçirilir, yəni 14 may cümə axşamı onu tam fərqli obrazda görə bilərik.

Xüsusilə son 10 saniyə həqiqətən heyrətamiz bir təsir bağışlayır.

6. Ermənistan;

SİMON-nun səhnəsində kağız qutuları ilə dolu bir ofis mühiti qurulub, amma qısa zamanda hər şey dağılır yəni, qutular atılır, səhnə qarışır və bu da onun rutin həyatdan qopmasını simvolizə edir. Qutuların ümumi sayı on altı ədədir.

O, başdan sona yüksək enerjili performans göstərir. Salto vurur, kamera ilə aktiv ünsiyyət qurur və hətta çıxışa tərsinə vəziyyətdə başlayıb, sonda rəqqaslarının üzərində qalibiyyət pozasında bitirir. Səhnə klipə göndərmələrlə doludur. Səhnənin bir hissəsində müğənni kameranı əlinə alır.

Performansda həmçinin geyim dəyişimi də var ki, ofis stilindən daha riskli və diqqətçəkən bir obraza keçid edir.

7. İsveçrə;

Veronica Fusaro Avroviziya səhnəsində çıxışını mahnının emosional mesajını əks etdirən güclü “ip” motivi üzərində qurub. O, performansa ipi mikrofon kimi istifadə edərək və rəqqaslarla sanki “dartışma” yaradaraq başlayır.

Daha sonra qırmızı iplərlə sarınmış dörd rəqqas ona qoşulur və onu böyük kub formalı dırmaşma konstruksiyasına doğru irəliləyirlər. Burada iplər həbsxana barmaqlıqlarını xatırladır və məişət zorakılığı qurbanlarının yaşadığı sıxılmışlıq hissini simvolizə edir.

Kulminasiya anında isə Veronica Fusaro azad olur, gitarasını götürür və dizləri üstə çökərək qırmızı ip vasitəsilə “Alice” sözünü yazır.

Vizual olaraq o, qara şalvar kostyumu, strazlarla bəzədilmiş detallar və lələkli çiyin elementləri ilə seçilir ki, bu, ağır və emosional səhnə quruluşuna qarşı parlaq və qlamur kontrast yaradır.

Beləliklə, daha yeddi ölkə ilk məşqini tamamladı. Sabah daha səkkiz ölkə ilk məşqini həyata keçirəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Üçüncü məşq günü: Azərbaycan səhnədə!

Azərbaycan ilk məşqini uğurla başa vurub – JIVA-nın səhnəsindən detallar təqdim edilib

Rəy bildir