70-ci Avroviziya Mahnı Müsabiqəsinin səhnəsi az öncə yayımçı kanalı ORF və AYB tərəfindən təqdim edilib.

“Wiener Stadthalle” arenasında yerləşən səhnənin inşaatı an etibari ilə başa çatıb. Bununla bağlı yayımçı kanal ORF video da paylaşıb.
Səhnə neçə hissədən ibarətdir?
Qövsvari əsas səhnə: Səhnənin mərkəzində yer alan, yenilənmə və yaradıcılığı simvolizə edən nəhəng əyri led səth performansların mərkəzində yer alacaq;

Ledli əyri uzantı: Qövsvari səhnə boyunca aşağıdan yuxarıya doğru uzanan ledli əyri uzantı (xətt) millətlər arası musiqi yaradıcılığını və əlaqələri təmsil edir;

Konstruksiya: Səhnəni çərçivəyə alan qızılı rəngli xətti bir konstruksiya bizi qarşılayır. Bu konstruksiyalar Vyananın ikonik binalarından ilhamlanaraq səhnəyə dərinlik və memarlıq dəqiqliyi qatır;

Müsabiqənin bu ilki səhnəsi daha əvvələr Düsseldorf 2011, Vyana 2015, Rotterdam 2021 və s. səhnələrini hazırlayan Florian Wieder tərəfindən hazırlanıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






