Gənc artist NURAN builki Avroviziya mahnımızla bağlı fikirlərini bölüşüb.
Sənətçi “OLAY.az”a verdiyi açıqlamada Azərbaycanı Avroviziyada təmsil edəcək mahnını ümumilikdə bəyəndiyini bildirib. O, “Avroviziya 2026” təmsilçimiz JİVA-nın vokal gücünü xüsusilə qeyd edərək onun güclü səsə sahib olduğunu vurğulayıb.
NURAN-ın sözlərinə görə, mahnı zövqlü və dinlənilə bilən bir işdir, lakin Avroviziya kimi böyük səhnədə nəticə yalnız musiqinin keyfiyyətindən asılı olmur:
“Avroviziya mahnımızı çox bəyəndim, Cəmilə xanımın vokal gücünü də bəyənirəm. Biz əsas məqsədi müəyyənləşdirməliyik ki, qalib olmaq üçün gedirik, yoxsa zövqlü musiqini təqdim etmək üçün. Əgər zövqlü musiqidirsə, artistimiz güclü səsə malikdir. Birincilik üçün gediriksə, mahnı zəif qala bilər. Zövqlü musiqi təbliği üçün gediriksə, gözəldir, bəyənirəm. Gündə bir neçə dəfə dinləyirəm”, – deyə sənətçi bildirib.
O həmçinin əlavə edib ki, özü də bu il Avroviziyaya qatılmaq üçün hazırlıq görüb, lakin layihəni vaxtında tamamlamaq mümkün olmayıb.
Xatırladaq ki, ölkəmizi bu il JİVA (Cəmilə Həşimova) “Just Go” adlı mahnı ilə 14 may tarixində Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində 2 nömrə altında təmsil edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






