Alicja Szemplińska Polşalı pop müğənnisi, söz yazarı və bəstəkarıdır. O, 29 aprel 2002-ci ildə Polşanın Ciechanów şəhərində anadan olub. Güclü mezzosoprano səs tembri ilə tanınan gənc ifaçı son illərdə Polşa pop səhnəsinin diqqət çəkən adlarından birinə çevrilib.
Alicja musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb. Uşaqlıq illərində Ciechanów şəhərində yerləşən Maria Konopnicka adına Mədəniyyət və İncəsənət Mərkəzində vokal dərsləri alıb və kilsə xorunda oxuyub. O, həmçinin müxtəlif milli vokal müsabiqələrində və festivallarda iştirak edərək səhnə təcrübəsi qazanıb. 12 yaşında isə artıq peşəkar vokal dərslərinə yazılaraq musiqi təhsilini daha ciddi şəkildə davam etdirib.
Gənc ifaçı ilk böyük uğurunu 2016-cı ildə Polşanın televiziya layihəsi olan “Hit, Hit, Hurra!” proqramını qazanaraq əldə edib. Daha sonra 2019-cu ildə məşhur musiqi müsabiqəsi “The Voice of Poland”ın 10-cu mövsümündə qalib gələrək ölkə miqyasında geniş tanınıb. Bu qələbədən sonra o, Universal Music Polska ilə müqavilə imzalayıb və debüt sinqlı “Prawie my” qısa müddətdə böyük dinləyici auditoriyası qazanıb.
Sonrakı illərdə Alicja bir sıra sinqllar təqdim edib və 2024-cü ildə “Nie wracam” adlı ilk studiya albomunu yayımlayıb. Albom Polşa pop səhnəsində onun müstəqil və emosional üslubunu daha da gücləndirən bir layihə kimi qiymətləndirilib.
Alicja Szemplińska Avroviziya ilə də uzun müddətdir bağlı olan ifaçılardandır. O, ilk dəfə 2020-ci ildə “Empires” mahnısı ilə Polşanın milli seçimində qalib gələrək Avroviziya təmsilçisi seçilmişdi. Lakin həmin il müsabiqə COVID-19 pandemiyası səbəbindən ləğv olunduğu üçün səhnəyə çıxmaq imkanı əldə edə bilməmişdi.
2026-cı ildə isə o, “Pray” mahnısı ilə Polşanın milli seçim turunun qalibi olaraq yenidən ölkəsini təmsil etmək hüququ qazanıb. Beləliklə, Alicja Szemplińska Avstriyanın Vyana şəhərində keçiriləcək “Avroviziya 2026” müsabiqəsində Polşanı təmsil edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






