Hər zaman Avroviziya ilə bağlı açıqlamaları ilə gündəmə gələn və yerli fandomun da çox yaxından tanıdığı məşhur müğənni Murad Arif şairə Zəhra Bədəlbəylinin “Avroviziya 2026” ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Murad Arif şairənin hekayəsinə belə cavab verib:
“Zəhra, balaca uşaqlar elə biləcək ki, hər şey yazdığın kimidir. Halbuki, bir zamanlar Avroviziya ölkəyə maraqlı idi, Gənclər və İdman naziri böyük büdcə ayırırdı, siz də öz ölkəmizdə yerli kadrlar hazırlamaq əvəzinə, pulu basırdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə… Allahın suyunu daşıyan, tər silənlər də əcnəbilər idi. Gözlərimin şahidiyəm.
18 il əcnəbi mahnılarla ölkə təmsil etdiniz. İndi büdcə qurtarıb, 6-7 ildir diletantlarla çalışılır. Bu da pisdir, hə. Amma xahiş edirəm, indiki Avroviziya problemlərinin kökünü elə 2009-2023 aralığındakı “uğurlu- evropeyski” mahnıları seçənlərdə axtarın. Mən o vaxtdan susmuram, amma siz bal kimi gedib, ölkəmizə yad musiqilərlə bayraq qaldırmısınız… Heç nə unudulmur. Bu da ki, sizin yaratmadığınız yerli bazanın nəticəsidir”.
Zəhra Bədəlbəyli isə Murad Arifə belə cavab verib:
“Burda həqiqətlər var, amma yazdığın kimi deyil. Kanardan izləmək başqa, lap yaxın məsafədən bir işin içində olmaq tam başqa. Ona görə də fikirlərin mənim fikirlərimdən fərqli ola bilər. Amma həqiqəti mənə göstərmək lazım deyil, əzizim”.
Qeyd edək ki, dünən yayımlanan “Just Go” mahnısından sonra tənqidlər böyüməkdə davam edir.
Mənbə: show_news
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






