Bu gün Portuqaliya təmsilçisi bəlli olacaq

Bu gün Portuqaliya “Avroviziya 2026” üçün öz təmsilçisini “Festival da Canção 2026” milli finalı yolu ilə seçəcək. Portuqaliyada hər il ənənəvi şəkildə keçirilən müsabiqə bu il də bir çox bacarıqlı müğənniləri bir araya gətirib. Müsabiqənin qalibi isə Portuqaliya bayrağını Vyana səhnəsində dalğalandırma şansını qazanacaq

“Festival da Canção 2026″nın final gecəsində ümumilikdə 10 çıxış olacaq. Çıxışların ardıcıllığı bu formadadır:

  1. Bandidos do Cante – “Rosa”
  2. João Ribeiro – “Canção do querer”
  3. André Amaro – “Dá-me a tua mão”
  4. Gonçalo Gomes – “Doce ilusão”
  5. Marquise – “Chuva”
  6. Evaya – “Sprint”
  7. Sandrino – “Disposto a tudo”
  8. Nunca Mates o Mandarim – “Fumo”
  9. Silvana Peres – “Não tem fim”
  10. Dinis Mota – “Jurei”

Səsvermə iki hissədən ibarətdir: Səslərinin 50 faizini 7 regional münsiflərin səsləri, 50 faizini isə tamaşaçıların səsləri təşkil edəcək. Münsif və tamaşaçı səslərinin toplanmasından sonra isə yekun qalib məlum olacaq.

“Festival da Canção 2026” müsabiqəsi bu gecə Bakı vaxtı ilə 01:15-də başlayacaq. Müsabiqəni canlı olaraq RTP Play mobil tədbiqindən və ya burdan daxil olaraq izləyə bilərsiniz.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Melodifestivalen: Bu gün İsveç təmsilçisini seçir

Polşa bu gün “Avroviziya 2026” təmsilçisini seçir!

Rəy bildir