Melodifestivalen: Bu gün İsveç təmsilçisini seçir

İsveçin Avroviziya təmsilçisini müəyyən edən ənənəvi “Melodifestivalen 2026” mahnı müsabiqəsinin möhtəşəm final gecəsi bu axşam baş tutacaq.

Final şousu İsveçin Solna şəhərində yerləşən “Strawberry Arena”da canlı yayımlanır və gecədə ümumilikdə 12 iştirakçı qalibiyyət uğrunda mübarizə aparır. Bir neçə həftə davam edən seçim mərhələləri və beş turun ardıyca final mərhələsinə yüksələn ifaçılar İsveçi “Avroviziya 2026″da təmsil etmək hüququ qazanmaq üçün səhnəyə çıxırlar. Bu axşamkı final şousunun aparıcıları beş turda da olduğu kimi tanınmış televiziya simaları Gina Dirawi və Hampus Nessvolddur. Onlar gecə boyunca səhnə çıxışlarını təqdim edəcək, səsvermə prosesini izləyicilərə çatdıracaq və nəticələrin açıqlanmasını müşayiət edəcəklər.

Bu il keçirilən müsabiqə həm tanınmış ifaçıları, həm də yeni adları bir araya gətirməsi ilə diqqət çəkir. Final gecəsində iştirakçıların səhnəyə çıxış ardıcıllığı aşağıdakı kimidir:

  1. A*Teens – “Iconic”;
  2. Meira Omar – “Dooset Daram”;
  3. Lilla Al-Fadji – “Delulu”;
  4. Saga Ludvigsson – “Ain’t Today”;
  5. Smash Into Pieces – “Hollow”;
  6. Cimberly – “Eternity”;
  7. Medina – “Viva l’amor”;
  8. Greczula – “Half Of Me”;
  9. Robin Bengtsson – “Honey Honey”;
  10. Felicia – “My System”;
  11. Sanna Nielsen – “Waste Your Love”;
  12. Brandsta City Slackers – “Rakt in i elden”.

Müsabiqənin qalibi ənənəvi qaydada müəyyən ediləcək. Nəticələrin formalaşmasında iki əsas faktor rol oynayır: televiziya tamaşaçılarının səsverməsi və beynəlxalq münsiflər heyətinin qiymətləndirməsi. Ümumi nəticənin 50 faizi tamaşaçı səsverməsi, digər 50 faizi isə beynəlxalq münsiflər heyətinin səsləri əsasında müəyyən olunur. Bu il beynəlxalq münsiflər heyətində səkkiz ölkə təmsil olunur. Onların hər biri final iştirakçılarına müəyyən xal verərək ümumi nəticəyə təsir göstərəcək. Münsif ölkələr bunlardır:

  1. Finlandiya – 3-cü dəfə iştirak edir (son səsvermə: 2022);
  2. Çexiya – 3-cü dəfə iştirak edir (son səsvermə: 2022);
  3. İtalya – 7-ci dəfə iştirak edir (son səsvermə: 2025);
  4. Fransa – 14-cü dəfə iştirak edir (son səsvermə: 2025);
  5. Xorvatiya – 4-cü dəfə iştirak edir (son səsvermə: 2023);
  6. Avstralia – 9-cu dəfə iştirak edir (son səsvermə: 2024);
  7. Yunanıstan– 4-cü dəfə iştirak edir (son səsvermə: 2025);
  8. Ermənistan – 5-ci dəfə iştirak edir (son səsvermə: 2020).

Final gecəsini “SVT Play” platformaları vasitəsilə canlı izləmək mümkündür.

Beləliklə, bu gecə keçiriləcək finalda qalib gələcək ifaçı və mahnı İsveçi Vyanada keçiriləcək 70-ci Avroviziya mahnı müsabiqəsinin səhnəsində təmsil etmək hüququ qazanacaq. Onu da qeyd edək ki, ictimai sorğu və mərclərin qalibi “My system” mahnısı ilə Feliciadır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Vanilla Ninja

Bu gün Portuqaliya təmsilçisi bəlli olacaq

Rəy bildir