Rumıniyanı “Avroviziya 2026”da Alexandra Căpitănescu təmsil edəcək!

Ruminiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün milli finalı “Selecția Națională 2026” başa çatıb. Alexandra Căpitănescu “Choke Me” mahnısı ilə qalib gələrək Ruminiyanı “Avroviziya 2026” səhnəsində təmsil etmək hüququ qazanıb.

Final Rumıniyanın paytaxtı Buxarestdə, TVR studiyasında keçirilib. Gecənin aparıcıları Giulia Nahmany və Daniel Nuţă, sponsuru isə Avroviziyanın da məşhur sponsuru olan Morroconoil olub. Finalda 12 iştirakçı çıxış edib:

Emy Alupei – “Tili Bom”

Robert Lukian – “Fire to the Lies”

Vanu – “Therapy Enemy”

Edward Maya x LavBbe x Costi – “Everybody Needs Somebody”

Yguana – “Happy Birthday”

HVNDS – “Dor”

Antonio Pican – “Humans”

WRS – “All the Way”

Olivia Addams – “Croco”

Monica Odagiu – “Fereastră pentru un orb”

Alexandra Căpitănescu – “Choke Me”

Alejandro Zandes & Emil Rengle – “Bailando Solo”

Xatırladaq ki, Rumıniya ən son 2023-cü ildə Avroviziya mahnı müsabiqəsində iştirak edib. Həmin il ölkəni Avroviziyada Theodor Andrei “D.G.T. (Off and On)” adlı mahnı ilə təmsil etmiş, 0 xal toplayaraq sonuncu yeri tutmuş və finala vəsiqə qazana bilməmişdi.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – DARA

Tanış Ol – Sal Da Vinci

Rəy bildir