Tanış Ol – DARA

DARA, əsl adı ilə Darina Yotova, 27 yanvar 2002-ci ildə Bolqarıstanın Varna şəhərində dünyaya göz açıb. Kiçik yaşlarından musiqi ilə maraqlanan sənətçi erkən yaşlarda vokal dərsləri alıb və mahnı yazmağa başlayıb.

O, geniş auditoriyaya ilk dəfə 2015-ci ildə Bolqarıstanda yayımlanan “The X Factor” mahnı yarışmasına qatılaraq tanınıb. Gənc yaşına baxmayaraq, güclü səhnə performansı ilə diqqət çəkən DARA müsabiqəni üçüncü pillədə başa vurub və bununla da peşəkar karyerasına ilk addımı atıb.

Yarışmadan sonra “Virginia Records” musiqi leyblı ilə əməkdaşlığa başlayan ifaçı “DARA” səhnə adını qəbul edib və 2016-cı ilin yayında debüt sinqlı “K’vo ne chu”nu təqdim edib. Mahnı qısa müddətdə ölkə hit-paradlarında zirvəyə yüksəlib. Daha sonra onun ingiliscə versiyası — “Onto You” dinləyicilərə təqdim olunub.

Ardınca yayımlanan “Rodena takava”, “Nedei” və “Vse na men” kimi sinqllər DARA-nı Bolqarıstan pop musiqinin aparıcı gənc simalarından birinə çevirib. 2022-ci ildə eyni adlı ilk studiya albomu “Rodena takava” işıq üzü görüb və Sofiyada canlı konsert proqramı ilə təqdim olunub.

Televiziya layihələrində də fəal olan DARA 2020-ci ildə “Kato dve kapki voda” şousunda finala yüksəlib. 2021-ci ildən isə “The Voice of Bulgaria” yarışmasında kouç kimi fəaliyyət göstərir.

Onun komandası iki mövsümdə qalib gələrək Dara-nı ölkənin ən uğurlu məşqçilərindən birinə çevirib. 2024-cü ildə isə o, “Dancing Stars” yarışmasında ikinci yeri tutub.

2026-cı ildə DARA Bolqarıstanın milli finalı “Natsionalnata selektsiya”da qalib gələrək ölkəsini “Avroviziya 2026” Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanıb.

DARA “Avroviziya 2026”da Bolqarıstanı “Bangaranga” adlı mahnısı ilə təmsil edəcək. Mahnı müasir pop / dance-pop tərzindədir və həyatın hər anını dolu-dolu yaşamaq, özünü ifadə etmək və pozitiv enerji ilə irəliləmək mesajı ötürür.

Qeyd edək ki, mahnı 48 saat ərzində Avroviziyanın “TikTok” və “Instagram” platformalarında ayrı-ayrı 3 milyondan artıq izlənmə toplayaraq hələlik sezonun ən çox izlənən çıxışı olub.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avstraliyanı “Avroviziya 2026”da Delta Goodrem təmsil edəcək – Mahnı təqdim edildi!

Rumıniyanı “Avroviziya 2026”da Alexandra Căpitănescu təmsil edəcək!

Rəy bildir