“Sanremo 2026” yekunlaşdı – Festivalın qalibi Sal Da Vinci olub

İtaliya musiqi festivalı “Sanremo 2026” ötən gecə yekunlaşıb.

Ölkənin musiqi industriyasının tanınmış 30 müğənnisi ötən gecə festivalda qalib olmaq üçün mübarizə aparıb və nəticədə müsabiqənin qalibi Sal Da Vinci “Per Sempresi” adlı mahnısı ilə olub.

Qeyd edək ki, qalib 0,3%-lik pay ilə festivalın qalibi seçilib. TOP 5 isə sırası ilə aşağıdakı kimi formalaşıb:

  1. Sal Da Vinci – 22,2%
  2. Sayf – 21,9%
  3. Ditonellapiaga – 20,6%
  4. Arisa – 18,9%
  5. Fedez & Masini – 16,5%

Festivalın qalibi bəlli olsa da ölkənin təmsilçisi hələlik təyin edilməyib. Yayımçı kanal RAI ilk olaraq qalibə təmsilçiliklə bağlı təklif göndərəcək. Əgər qalib imtina edərsə, RAI istədiyi bir müğənnini seçib Avroviziyaya göndərə bilər.

Təmsilçinin ən tezi bu gün, ən geci isə bir neçə günə açıqlanması gözlənilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Festival da Canção 2026”da növbəti finalistlər bəlli olub – İkinci yarımfinal başa çatdı

Polşa “Avroviziya 2026” milli finalı üçün çəkilişlərə başlayıb

Rəy bildir