Polşa, 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi üçün təmsilçisini seçmək məqsədilə milli finalın çəkilişlərinə 1 mart tarixində start verib. Çəkilişlər Telewizja Polska (TVP) studiyalarında aparılır və iştirakçılar səhnə performanslarını nümayiş etdirirlər.
Polşanın “Avroviziya 2026” milli finalı üçün təmsilçilər artıq müəyyən edilib və bütün mahnılar rəsmi olaraq yayımlanıb. Bu ilki “Polskie Kwalifikacje 2026” milli finalında yarışacaq 8 ifaçı və mahnı belədir:
Alicja – “Pray”
Anastazja – “Wild Child”
Basia Giewont – “Zimna woda”
Jeremi Sikorski – “Cienie przeszłości”
Karolina Szczurowska – “Nie bój się”
Ola Antoniak – “Don’t You Try”
Piotr Pręgowski – “Parawany Tango”
Stasiek Kukulski – “This Too Shall Pass”
Bu iştirakçılar arasında Alicja Avroviziya fanları üçün tanınan isimlərdəndir — o, əvvəl “Empires” adlı mahnı ilə 2020‑ci il üçün Polşanı təmsil etməli idi, ancaq müsabiqə COVID‑19 səbəbindən ləğv olunmuşdu.
Milli final proqramı 7 mart 2026‑da televiziyada yayımlanacaq və həmin gün həm tamaşaçı səsverməsi, həm də münsiflər heyətinin qiymətləndirməsi əsasında qalib seçiləcək. Qalib Polşanı 2026-cı ildə Avroviziyada təmsil etmə şansını qazanacaq.
Qeyd edək ki, 2025‑ci ildə Polşanı Avroviziyada Justyna Steczkowska “Gaja” mahnısı ilə təmsil edirdi və o, finalda 14-cü yerə layiq görülmüşdü.
Polşanın milli finalı Avroviziyada həm uğurlar, həm də dramatik anlarla yadda qalıb. Məsələn, 2023‑cü ildə televiziya səsverməsinin nəticələrinin açıqlanması gecikmiş və məhkəmə müdaxiləsinə səbəb olmuşdu. 2025‑ci ildə bəzi mahnılar dil və üslub səbəbindən müzakirə yaradaraq sosial mediada fanları iki hissəyə bölmüşdü. Bundan başqa, bəzi Avrovizya fanları və ictimai xadimlər siyasətin müsabiqəyə qarışmasına etiraz olaraq boykot çağırışları etmişdi. Sosial şəbəkələrdə iştirakçılar və mahnılar haqqında müzakirələr artıq aktivdir və fanlar əvvəlki illərin qalmaqallarını xatırlayaraq finala böyük maraq göstərirlər.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






