“Avroviziya 2011” qalibi Eldar Qasımov Space TV-də yayımlanan “Öz aramızda” proqramında müsabiqə ilə bağlı sualları cavablandırıb.
Müğənniyə yenidən “Avroviziya” səhnəsinə qayıdıb-qayıtmayacağı ilə bağlı sual ünvanlanıb. O bildirib ki, müsabiqəyə yenidən qatılmaq maraqlı təklif ola bilər, lakin bunu ifaçı kimi yox, daha çox pərdəarxası – mahnı müəllifi kimi görür.
Eldar Qasımov qeyd edib ki, artıq müsabiqədə kifayət qədər böyük uğur əldə edib və müəyyən zirvəyə çatıb:
“Maraqlı təklif ola bilərdi. Amma “Avroviziya” müsabiqəsində artıq hər şeyi etmişəm. İştirakçılar var ki, gediblər, amma sona qədər yaşatmadılar. Biz isə Nigar Camalla müəyyən nöqtəyə çatdıq. Qayıdardım, amma mahnı müəllifi kimi”.
Sənətçi əlavə edib ki, illər ərzində həm dünya, həm də “Avroviziya” xeyli dəyişib:
“Dünya və “Avroviziya” çox dəyişib. Qaydalar, ölkələrə yanaşma başqadır. Musiqi adamıyam. Bəzi şeyləri bir ifaçı kimi orada çatdırmayacağam. Yaxşı olardı ki, pərdəarxası bir işdə olardım. Bir neçə il əvvəl layihələr edir, mahnılar göndərirdim, siyahıya da düşürdüm. Amma qalib gəlmirdim, təbidir. Sırf öz tək bəstəmi göndərməmişəm. Bunun üçün böyüməliyəm”.
Qeyd edək ki, Eldar Qasımov və Nigar Camal 2011-ci ildə “Running Scared” mahnısı ilə Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində ilk qələbəsini qazanıblar.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






